Ölkə futbolu
Tounkara “Zirə” yolunda
Avropa Liqasına vəsiqə qazanmaq üçün mübariz?…
Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparan “Zirə” heyətini gücləndirmək haqda da düşünür. Son turda “Neftçi”ni yenərək əsas izləyiclərindən uzaqlaşan “qartallar” istəyinə çatmağa yaxındı.
Futbolinfo.az xəbər verir ki, “Zirə” avrokuboklara vəsiqə qazanacağı halda, bir neçə yeni oyunçu ilə güclənəcək. İndidən axtarışlara başlyan komandanın məşqçilər heyəti ilk seçimini ölkə daxilindən edib. Vaxtilə “Xəzər Lənkəran”da oynamış, indi isə AZAL-da əvvəlki formasını bərpa etməklə məşğul olan Sadio Tounkara Ayxan Abbasovun ilk seçimidi. Legioner futbolçu ilə danışıqlara start verilib.
AZAL-da 1000 dollar civarında maaş alan Sadio “Zirə”nin üçqat artıq təklifini dəyərləndirmək niyyətindədi. Tounkara ilkin razılıq versə də, son sözü “qartallar”ın avrokuboklara vəsiqəni rəsmiləşdirməsindən sonra deyəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?