Premyer-liqa
“Qarabağ”dan 150-ci səfər qələbəsi
Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatlar…
Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatlarında 150-ci səfər qələbəsini qazanıb. Futbolinfo.az xəbər verir ki, yubiley uğuru Topaz Premyer Liqasının 21-ci turunun “Sumqayıt”la görüşünə təsadüf edib. 4:0 hesablı qələbəyədək ağdamlılar 149 dəfə rəqib meydanlarında qalib gəlmişdi.
Səfərdəki 150-ci qələbə 352-ci matça təsadüf edib. “Qarabağ”ın hesabında 94 heç-heçə və 108 məğlubiyyət də var. Rəqib meydanlarındakı qol sayını 418-ə çatdıran ağdamlılar 328 top buraxıb.
Qeyd edək ki, səfərdə ən çox qələbəsi olan komanda “Neftçi”dir – 174. Bu iki klubdan başqa yalnız “İnter” rəqib meydanında 100-dən artıq qələbə əldə edib. Bakılıların 102 belə uğuru var. PFL
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?