Premyer-liqa
“Bakcell Arena”da yubiley
Topaz Premyer Liqasının 21-ci turunun “Neftçi” &n…
Topaz Premyer Liqasının 21-ci turunun “Neftçi” – “Zirə” qarşılaşması qonaqlar üçün yubileylə əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, 2:1 hesabı ilə əzmkar qələbə qazanan Ayxan Abbasovun yetirmələri Azərbaycan çempionatının yüksək dəstəsində 25-ci qələbəsini bayram edib.
Premyer Liqada ötən mövsüm debüt edən zirəlilər 17 dəfə qalib gəlmişdisə, cari çempionatda daha 8 dəfə sevinib. “Bakcell Arena”da qazanılan 25-ci uğuru 57-ci oyununda əldə edən qəsəbə təmsilçisi 16 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Bu müddətdə zirəlilər 62 top vurub və 53-nü buraxıb.
Qeyd edək ki, “Zirə” ölkə çempionatlarında 25 və daha çox qələbə qazanan 32-ci komanda olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?