Premyer-liqa
Səlahət Ağayev: “Kimin nə sualı varsa, gəlib özümə desin”
Topaz Premyer Liqasının 21-ci turunun mərkəzi görüş&uum…
Topaz Premyer Liqasının 21-ci turunun mərkəzi görüşü “İnter” və “Qəbələ” arasında keçirildi. Qonaqların 2:0 hesabı ilə qalib gəldiyi oyunda bakılıların qapıçısı Səlahət Ağayev kobud səhvləri ilə yadda qaldı.
İlk qolda topu əlindən buraxan Ağayev, ikinci qolda ümumiyyətlə, reaksiya verə bilmədi. Futbolinfo.az saytına açıqlama verən Ağayev bunu belə izah edib:
“Futboldu, hamının səhvi ola bilər. İkinci qolda reaksiya verməməyimə səbəb hakimin cərimə zərbəsi təyin edəcəyini gözləməyim oldu. Ona görə də əlimi qaldırmışdım. Zərbə vurulanda İlkin Qırtımov yıxılmışdı. Onsuz da matçın son dəqiqələri idi. Ümumi götürsək, oyuna pis başlamışdıq. Rəqib bütün boşluqları yaxşı bağlamışdı”.
Oyundan sonra sosial şəbəkələrdə qapıçının qolları bilərəkdən buraxması ilə bağlı söz-söhbətlər dolaşırdı. Əlcək sahibinin bu məsələyə reaksiyası belə oldu: “Gic-gic danışırlar. Bu məsələyə heç münasibət bildirimək istəmirəm. Məni tanıyanlar, tanıyır. Kimin nə sualı varsa, nömrəmi bilirlər, gəlib üzümə desinlər”.
Ağayev həmçinin, bu gün Qətərlə sınaq matçı üçün yığmanın düşərgəsinə qoşulacaq:
Bu gün ilk məşqimizə çıxacağıq. Sabah Qətərə yola düşəcəyik. Rəqib zəif komanda deyil. Uzun müddətdi ki, bir yerə toplaşmırdıq. Almaniya ilə oyunöncəsi hazırlıq üçün bir yerə yığışmağımız yaxşı oldu”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?