Bizi izləyin

Milli komanda

Şübhəli Doha matçı

Milli komandamızın Doha qələbəsi hamını sevindirdi. Oyunun sata…

blank

Milli komandamızın Doha qələbəsi hamını sevindirdi. Oyunun satatusundan, rəqibin gücündən asılı olmayaraq, qələbə hər zaman sevinc gətirir və buna ölkənin əsas komandası imza atırsa, daha xoş olur.

Lakin Qətərlə matçın ətrafında elə aura yaradıldı ki, nə qələbəyə sevindik, nə komandayla qürur duyduq. Sanki dağıstanlılardan formalaşdırılmış milli komandanı bilərəkdən gözdən-könüldən uzaq saxladılar. Nə oyundan hansısa görüntü var, nə də hansısa ciddi informasiya. Elə bil bu, millilər səviyyəsində matç yox, 2 məhəllə komandasının qarşlaşması olub.

Qətər tərəfinin istəyi ilə oyunun ictimaiyyətə tam qapalı keçirilməsi tələbi aydındı, bəs, bizimkilər niyə buna razılıq verib? Ərəblər qarşıdakı seçmə oyunlarda əsas rəqiblərindən gizlənir, bəs,biz? Yoxsa Almaniya millisi üçün sürpriz hazırlayırıq?

AFFA-nın oyunu işıqlandırmaq üçün heç bir media mənsubuna şəraiət yaratmaması başadüşüləndi – bəhanələri var: ərəblər belə istədi! Əvəzində AFFA-nın rəsmi saytı qarmaqarışıq, eyni zamanda özlərinə sərf edən açıqlamalarla, xəbərlərlə gündəmə düşmək istədilər. Azarkeşlərin stadiona buraxılmaması, onların könlünü Robert Prosineçkinin alması və s. Halbuki oyunun qapalı təşkili ilə bağlı öncədən heç bir xəbərdarlıq edilməmişdi. Edilsəydi, Azərbaycandakılar bir yana, Qətərdə yaşayan həmyerlilərimiz bundan xəbər tutar, ayaqlarına əziyyət verməzdilər.

Bütün gizlinlərin içində şübhələr də var. AFFA qapalı görüşün meydan sahiblərinin istəyi ilə olduğunu deyir və qətərlilərin rəqiblərindən gizlənmək istəyi ilə bağlayır. Lakin bizim də şübhələrimiz var.

Məsələn, düşünürük ki…

…Bu oyun böyük “stavka”lar üçün oynanılıb və bukmeker kontorlarında bir qrup insanın pul qoyuluşuna hesablanıb. İddiamızı əsaslandıracaq səbəblər də var. Əvvəla, oyun qələbəsi daha az proqnozlaşdırılanın – qonağın üstünlüyü ilə bitib. Bundan başqa, ilk yarısı qolsuz bitən matç fasilədən həmən sonra, qısa müddətdə “üst” gətirilib. Qalan vaxtda hesabın dəyişməməsinin əmsalı da fantastik olub.

Məsələn, düşünürük ki…

…Bu oyun şeyxlər üçün “qladiator döyüşü” olub. Onlar hər iki tərəfin uduşlu çıxmasına hesablanan insan döyüşündə canlı əyləncənin şahidi olublar. 90 dəqiqə istirahət ediblər, eyni zamanda dünyanın müxtəlif nöqtələrində bukmeker kontorlarına yatırdıqları pulların neçə misli ilə geri qayıtdığını canlı izləyiblər.

Məsələn, düşünürük ki…

…Belə “oyun”a qol qoymaq AFFA-ya da sərf edib. Onların ərəblər kimi “stavka”ya razılaşdıqlarını iddia etmirik – halbuki bu da istisna deyil, çünki AFFA rəhbərliyinin də yemək üçün ağzı var. Zənnimizcə, AFFA-nın buradan əsas qazancı qarşıdakı Hesabat Konfransı öncəsi yaratdıqları ab-havadı. 2016-nın hesabatını verərkən və yeni büdcəni təsdiq edərkən ortaya fakt qoymalısan.

Baş katib Elxan Məmmədovun kurasiyasında olan uşaq futbolunda vəziyyət faciəvidi: hər tur texniki məğlubiyyətlər, dağılan komandalar, biabırçı hesablar. Ən əsası, uşaq futbol liqalarının fəaliyyətinin nəticəsində milli komandalarımızda hansısa istedad nəslini görmürük, daha çox milliləşənlərə möhtacıq.

Klub futbolu iflic olub. Milyonlar xərclənən “Neftçi”ylə dilənçi kökündə yaşayan AZAL eyni durumdadı. Və ən əsası, çempionluq uğrunda mübarizə aparanlar, avrokuboklarda tarix yazanlar şuralaşmaya getməyənlərdi. Müşahidə Şurasının mövcud olduğu, AFFA-nın yardım göstərdiyi komandalar isə dövlətin pulunu dağıtmaqla məşğuldu.

Hakimlik bərbad vəziyyətdədi. Az qala hər turdan sonra söz-söhbət, qalmaqal, münaqişələr sıralanır.

Bütün bunları nəzərə alsaq, konfrans üçün bu tədbirdən bir həftə öncə  qazanılan səfər qələbəsi əla reklam vasitəsi olacaq.

Bütün bunlar bizim iddialarımızdı və müəyyən informasiyalarımızın məcmusudu. Yaxın günlərdə oyunun hansı kontorlarda canlı oynandığı haqda fotofaktları da təqdim edəcəyik, hazırda dəqiqləşdirmə aparırıq. Əsas odur ki, bukmeker oyunu, şeyx əyləncəsi və konfransöncəsi gediş – hamısı birlikdə hər iki tərəfin maraqlarına xidmət edirdi. Matçı Azərbaycan millisi qazansa da, bu oyunda heç kim uduzmadı. Ərəb futbolçular (bəlkə elə bizimkilər də) oyunun lazımi hesabla bitməsi üçün lazım olanı etdilər.

FƏRİD

P.S.: Qətər – Azərbaycan oyunu başlayarkən “CBC Sport”da “Səbail” – “Turan Tovuz” matçını izləyirdim. Milli komandanı hətta divizion klublarından da əhəmiyyətsiz duruma düşürən AFFA bu kanalın əsas sahibidi.

P.P.S.: Dünən həm də AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun ad günü idi. 52 yaşlı həmkarımızı millimiz elə 52-ci dəqiqədə vurduğu qolla sevindirdi. Mikayıl bəy sıradan biri deyil, Gəncə futbolunun kurasiyası ona tapşırılıb, bəlkə qətərlilərlə razılaşmada ona qapalı məkanda ad günü keçirmək də var imiş?

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Digər idman növləri2024-05-01 11:43

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

blank
I Liqa2024-05-01 11:25

I Liqada 24-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-01 11:10

Əfsanənin doğma publika qarşısında son oyunu

blank
Ölkə futbolu2024-05-01 10:55

Milli komandamızdan 1 məğlubiyyət, 1 qələbə

blank
Dünya futbolu2024-05-01 10:38

Modriç “Real”ın ən qocası oldu

blank
Dünya futbolu2024-05-01 10:20

Ançelottidən heç-heçə şərhi

blank
Müsahibə2024-05-01 10:02

Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”

blank
Dünya futbolu2024-05-01 09:45

Vinisius ən yaxşı seçildi

blank
Dünya futbolu2024-05-01 09:27

Növbəti yarımfinal – yenə Almaniyada

blank
Ölkə futbolu2024-05-01 09:10

Şeydayevə vərəqə xəbərdarlığı

blank
Ölkə futbolu2024-05-01 08:52

“Yurqorden”in ən uğursuzları

blank
Digər idman növləri2024-05-01 08:34

“Red Bull” dağılma ərəfəsində

blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm