Milli komanda
Mahir Mədətov: "Qətərlə oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi"
Qətər və Azərbaycan yığma komandaları arasında keçirilm…
Qətər və Azərbaycan yığma komandaları arasında keçirilmiş yoxlama oyunundan sonra millimizin yarımmüdafiəçisi Mahir Mədətov qarşılaşma barədə AFFA-nın rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu 2:1 hesablı qələbəni belə şərh edib:
“Maraqlı oyun oldu. Hər iki komanda açıq futbola üstünlük verirdi. Məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib qələbə qazandıq. Bu oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki əsas millidə ilk dəfə debüt edəcəkdim. Həyəcan yox idi desəm, yalan olar. Baş məşqçi Robert Prosineçkiyə özümü göstərmək istəyirdim. Gənc bir oyunçu üçün bu böyük bir məsuliyyətdir. Düşünürəm ki, bunu bacardım. Əlbəttə, bununla kifayətlənməməliyəm. Növbəti toplanışlara da dəvət alsam, komandaya faydalı olmaq üçün bacardığımın ən yaxşısını etməyə çalışacam”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir