Dünya futbolu
Dəniz Yılmazın vurduğu qol qələbə üçün yetərli olmadı
Futbol üzrə Türkiyə Super Liqasında 24-cü turun oyun…
Futbol üzrə Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu səfərdə "Osmanlıspor"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Cəzası başa çatan Yılmaz nəhayət ki, bu görüşə start heyətdə başlayıb. 90-cı dəqiqədə əvəzlənən millimizin üzvü 40-cı dəqiqədə penaltidən vurduğu qolla hesabı açsa da, komandası sona 5 dəqiqə qalmış bu üstünlüyü əldən verib.
Qeyd edək ki, "Bursaspor" hazırda 32 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib