Bizi izləyin

Premyer-liqa

Son dövrəyə start: biri Gəncədə, digəri Bakıda

Bu gün Topaz Premyer Liqasında cari mövsümün sonu…

blank

Bu gün Topaz Premyer Liqasında cari mövsümün sonuncu – 4-cü dövrəsinə start veriləcək. Futbolinfo.az xəbər verir ki, dövrənin açılış turunun qarşılaşmaları 2 gün davam edəcək.

Ənənəvi olaraq, ilk oyun günündə iki görüş baş tutacaq. Öncə Gəncədə “Kəpəz” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Günün digər matçında isə “İnter” “Sumqayıt”ı qəbul edəcək.

Topaz Premyer Liqası
22-ci tur

13 mart

“Kəpəz” – “Zirə”
blankblank
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə şəhər stadionu, 15:00.

Dövrənin açılış matçı Gəncədə baş tutacaq. Burada yerli "Kəpəz" "Zirə" ilə üz-üzə gələcək. Avrokuboklara vəsiqə qazanmağı hədəfləyən zirəlilər növbəti qələbəsini qazanmağa ümid edir. Amma bu, heç də asan olmayacaq. Çünki uğursuzluq zolağından çıxmağa çalışan Gəncə təmsilçisi də doğma azarkeşlərinin dəstəyi sayəsində qələbə qazanmaq üçün əlindən gələni edəcək.

Bu komandaların oyunlarında maraqlı tendensiya var. Belə ki, meydan sahibi olan komanda indiyədək uduzmayıb. “Kəpəz”in ev oyunlarının hamısında 2 qol qeydə alınıb. Əvvəlki 8 oyundan 3-də heç-heçə qeydə alınıbsa, komandalar hərəyə 2 qələbə qazanıblar.

Son üç matçda qonaq tərəf qola və xala həsrət qalıb. Həmin oyunlar da cari mövsümə təsadüf edir. Birinci dövrədə Gəncədə keçirilən qarşılaşmada "Kəpəz"in 2:0 hesablı qələbəsi qeydə alınmışdı. Julien Ebahın ilk yarıda hesabı açdığı görüşdə Şəhriyar Rəhimov yekun nəticəni müəyyənləşdirmişdi. İkinci dövrədəki görüşdə isə "Zirə" bu məğlubiyyətin əvəzini oxşar hesablı qələbə ilə çıxa bilmişdi. Gəncəlilərin kapitanı Tural Axundovun meydandan qovulduğu bu matçda Cavid Tağıyev hesabı açmış, Elvin Məmmədov isə penaltini dəqiq yerinə yetirməklə qələbəni rəsmiləşdirmişdi. Bu klublar arasındakı son matç daha gərgin keçmişdi. "Zirə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli 28-ci dəqiqədə aqressiv hərəkəti nəticəsində meydandan qovulsa da, komanda yoldaşı Nurlan Novruzov 37-ci dəqiqədə qonaqları məyus edən qola imza atmışdı. "Kəpəz" isə azlıqda qalan rəqibinin qapısına yol tapa bilməməsi azmış kimi, əlavə vaxtda Renan da Silvanın da meydandan qovulmasına üzülmüşdü.

Statistika: 8 oyun, +2=3-2, top fərqi 9-8

1-ci dövrə: 2:0
2-ci dövrə: 0:2
3-cü dövrə: 0:1

“İnter” – “Sumqayıt”
blankblank
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “İnter Arena”, 18:00.

Üçüncü pillədə qərarlaşan “İnter”i bu turda "Sumqayıt"la duel gözləyir. Paytaxt təmsilçisi növbəti qələbəsini qazanmaqla iddiasını davam etdirməyə çalışacaq. Amma Samir Abasovun çalışdırdığı gənclik şəhəri təmsilçisi də avrokuboklara vəsiqə qazanmaq istəyindən əl çəkmək istəmir. Bunun üçün sumqayıtlılar çətin rəqiblə dueldə ən azı uduzmamağa çalışacaq.

"İnter"in meydanındakı son 3 oyunda 4 və ya daha çox qol vurulub. “Sumqayıt” 5 oyundur bu rəqibinə qalib gələ bilmir. “İnter” 8 görüşdür meydanı qolsuz tərk etmir. Bütövlükdə,əvvəlki 19 oyundan 11-də bakılılar 3 xalı bayram ediblər. 6 qarşılaşmada heç-heçə qeydə alınıbsa, "Sumqayıt" cəmi 2 dəfə qələbəyə sevinib. Elə top fərqində də "İnter"in ciddi üstünlüyü diqqət çəkir.

Cari mövsüm baş tutan görüşlərdə "Sumqayıt" qələbəyə həsrət qalıb. Birinci dövrədə Sumqayıtda baş tutan görüşün 2-ci dəqiqəsində Denis Silva hesabı açmış, fasilədən sonra isə Ağabala Ramazanov fərqi artırmışdı. Əlavə edilmiş dəqiqələrdə Vaqif Cavadovun vurduğu qol bir işə yaramamışdı – 1:2. İkinci dövrədəki oyunda hesabı 3-cü dəqiqədə Mirabdulla Abbasov açmışdı. Amma "İnter" buraxılan qolun əvəzini artıqlaması ilə çıxa bilmişdi. İlk yarıda Zurab Xizanişvili hesabı bərabərləşdirmiş, fasilədən sonra isə Nizami Hacıyev dubla imza atmışdı – 3:1. Tərəflər arasındakı son qarşılaşma isə daha gərgin və maraqlı alınmışdı. 19-cu dəqiqədə Mirabdulla Abbasov penaltidən vurduğu qolla "Sumqayıt"ı hesabda önə keçirmişdi. Fasilədən dərhal sonra İlkin Qırtımov hesaba tarazlıq gətirmişdi. Qarşılaşmanın son dəqiqələri daha maraqlı alınmışdı. Rauf Əliyev 90-cı dəqiqədə "İnter"i önə keçirsə də, əlavə vaxtda Nicat Muxtarov "Sumqayıt"a vacib 1 xal qazandıran qola imza atmışdı – 2:2.

Statistika: 19 oyun, +11=6-2, top fərqi 31-14

1-ci dövrə: 2:1
2-ci dövrə: 3:1
3-cü dövrə: 2:2

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Digər idman növləri2024-05-01 11:43

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

blank
I Liqa2024-05-01 11:25

I Liqada 24-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-01 11:10

Əfsanənin doğma publika qarşısında son oyunu

blank
Ölkə futbolu2024-05-01 10:55

Milli komandamızdan 1 məğlubiyyət, 1 qələbə

blank
Dünya futbolu2024-05-01 10:38

Modriç “Real”ın ən qocası oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm