Dünya futbolu
“Atletiko” və “Monako” da ÇL-in 1/4 finalında!
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsin?…
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma baş tutub və bütün 1/4 finalçıların adlarına aydınlıq gələcək.
İspaniyanın “Atletiko” klubu səfərdə məğlub etdiyi Almaniyanın “Bayer” komandasını bu dəfə doğma meydanda qəbul edib. Qarşılaşma qolsuz bitdiyindən Madrid klubu ilk oyundakı qələbə sayəsində mərhələ adlayan tərəf olub.
İlk oyunda qol şousu nümayiş etdirən Fransa “Monako”su ilə İngiltərənin “Mançester Siti” klubu arasındakı cavab görüşü daha böyük maraqla gözlənilirdi. Fransadakı qarşılaşma da bol qollu alınıb. Amma bu dəfə qələbəni "Monako" bayram edib. Ümumi hesabda bərabərlik olsa da, səfərdə daha çox qol vurması knyazlıq təmsilçisinin 1/4 finala çıxmasına yardımçı olub.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
15 mart
“Atletiko” – “Bayer” – 0:0
İlk oyun – 4:2
“Monako” – “Mançester Siti” – 3:1
Qollar: Lottin, 8 (1:0). Fabinyo, 29 (2:0). Sane, 71 (2:1). Bakayoko, 77 (3:1).
İlk oyun – 3:5
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç