Premyer-liqa
“Kəpəz” “Sumqayıt”la oyunun hazırlığına başladı
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində &ld…
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində “Zirə” ilə keçirilən oyundan (1:0) sonra bir gün istirahət edən “Kəpəz”in üzvləri bu gün məşqləri bərpa edib. Futbolinfo.az xəbər verir ki, komanda qarşıdakı turda görüşəcəyi “Sumqayıt”la oyuna Bakıda hazırlaşır.
“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edir. “Kəpəz”in sabah olan məşqi saat 15:00-a təyin olunub.
Hazırlıq planına əsasən, komanda oyun öncəsi sonuncu məşqini martın 17-də saat 16:00-da Gəncə şəhər stadionunda keçirəcək.
Gəncə klubunun heyətində zədəli futbolçu yoxdur.