Dünya futbolu
Çempionlar Liqasında 1/4 finalın bütün iştirakçıları bilindi
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhəl…
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, son oyun günündə İspaniya "Atletiko"su ilə Fransa "Monako"su adını 1/4 finala yazdırıb.
Bu iki klubdan öncə "Lester" (İngiltərə), "Bavariya" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Yuventus" (İtaliya), "Barselona" (İspaniya) və "Real" da növbəti mərhələyə vəsiqə qazanmışdı.
Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinin püşkü sabah – martın 17-də atılacaq. Növbəti mərhələnin oyunları isə 11-12 və 18-19 aprel tarixlərinə təsadüf edəcək.