Milli komanda
Fan-klublardan Almaniya ilə matç öncəsi birlik nümayişi
Martın 26-da DÇ-2018-in seçmə mərhələsi çər…
Martın 26-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz doğma meydanda Almaniyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, vacib matçdan əvvəl azarkeşlər gözəl təşəbbüs irəli sürüblər.
Müxtəlif komandaları dəstəkləyən fan-klublar yığmamızın oyununda “Azerbaijan United” adı altında birləşəcəklər. Oyun günü qarşılaşmadan əvvəl yürüş həyata keçirəcək tərəfdarlar daha sonra matça da bir yerdə baxacaqlar. Yürüş martın 26-da, saat 15:00-da Kukla teatrının qabağından start götürəcək. Yürüşdə “Forza Neftçi”, “İmarət”, “Qarabağ Ordusu”, “Red-Black Army”, “Caspian”, “The Capital”, “Sektor 11” və s. azarkeş qrupları iştirak edəcək. Fanatlar yığmanı 3, 4 və 5-ci sektordakı tribunadan dəstəkləyəcklər.
Qeyd edək ki, sözügedən qarşılaşma martın 26-da Tofiq Bəhramov adına Respublika stadonunda keçiriləcək və saat 20:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası