Ölkə futbolu
“Kəpəz”dən 9 cavabsız qol
Novruz bayramı münasibəti ilə 4 gün istirahət edən &ldq…
Novruz bayramı münasibəti ilə 4 gün istirahət edən “Kəpəz” martın 23-dən məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, komanda Topaz Premyer Liqasının 24-cü turunda səfərdə qarşılaşacağı “Qarabağ” ilə oyuna Bakıda hazırlaşır.
Ötən gün “sarı-göylər” milli komandaların DÇ-2018-in seçmə oyunları ilə bağlı çempionatda yaranmış fasilə müddətində yoxlama görüşü keçirib. Gəncə klubu U-23 yığması ilə qarşılaşıb. Olimpiya stadionunun yardımçı meydançasında keçirilən matç 1:1 hesabı ilə başa çatıb. “Kəpəz”in qolunu Dario Federiko vurub.
Bu gün istirahət edəcək komanda martın 27-dən məşqləri bərpa edəcək.
“Kəpəz”in əsas komandası kimi əvəzedici heyəti də yoxlama oyunu keçirib. Əvəzedicilər Birinci Divizion təmsilçisi “Turan Tovuz”un U-19 komandası ilə üz-üzə gəlib. Tovuzda keçirilən matç qonaqların 9:0 hesablı qələbəsi ilə nəticələnib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?