Dünya futbolu
Hakim qolu 40 saniyəyə qeydə aldı – VİDEO
Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində ke&cce…
Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində keçirilən Fransa – İspaniya matçında (0:2) videotəkrardan istifadə edilib. Futbolinfo.az xəbər verir ki, oyunun 48-ci dəqiqəsində Fransa millisinin hücumçusu Antuan Qrizmann qol vurub.
Ancaq qol epizodunda oyundankənar vəziyyətin olub-olmamasını müəyyənləşdirmək üçün videotəkrarın köməyinə ehtiyac duyulub. Videotəkrara baxılandan sonra qolun oyundankənar vəziyyətdən vurulduğuna dair qərar çıxarılıb.
Bundan əlavə, 77-ci dəqiqədə də videotəkrardan istifadə olunub. İspaniyanın oyunçusu Jerar Delofeu qol vursa da, yan xətt hakimi ofsayd qeydə alıb.
Videotəkrara nəzarət edən hakim görüşün baş hakimi Feliks Zvayerə qolun düzgün olduğunu çatdırıb. Baş hakimlə həmin hakim arasında söhbət 40 saniyə çəkib.