Ölkə futbolu
Allahverdiyevin kadrları "Kəpəz"dən uzaqlaşdırılır – ÖZƏL
"Kəpəz"də təmizləmə işlərinə start verilib. Futboli…
"Kəpəz"də təmizləmə işlərinə start verilib. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik Mehman Allahverdiyevin kadrlarını klubdan uzaqlaşdırır.
Artıq dünən ilk addım da atılıb. Belə ki, sabiq icraçı direktorun yaxın adamlarından olan komandanın rəisi Tahir Mirzəyev tutduğu vəzifədən azad edilib. Onun hansı səbəbdən işindən kənarlaşdırıldığı hələ ki, bəlli deyil.
Bundan başqa, baş məşqçi Şahin Diniyevin köməkçisi – Mehman Allahverdiyevin qardaşı Fizuli Allahverdiyevin də komandadan göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, mövsümün əvvəlində Mehman bəylə yanaşı klubun lisenziyalaşdırma üzrə meneceri Nofəl Əzizov da vəzifəsindən kənarlaşdırılmışdı.