Milli komanda
"Azərbaycan yığmasının qapanacağını öncədən bilirdik"
Türkiyənin U-21 yığmasının baş məşqçisi Abdullah E…
Türkiyənin U-21 yığmasının baş məşqçisi Abdullah Ercan ötən gün Azərbaycanın gənclərdən ibarət millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, 4:0 hesablı qələbəyə sevindikləri oyunla bağlı bunları söyləyib:
“Azərbaycanla matçda futbolçularımızın çoxu ilk dəfə milli komanda forması geyindi. Onların özünəinam qazanmaları və daha yaxşı oynaması baxımından bu hesab sevindirici və ümid vericidi. Qarşılaşmanın ikinci hissəsi fərqli də ola bilərdi. İlk yarıda oyunumuz bərbad alındı. Rəqibin qapanacağını öncədən bilirdik. Matçın axarını cinahlara daşımalı idik. Fasilədən sonrakı dəyişikliklərlə oyuna nəzarəti ələ aldıq. Yoxlama oyunu olsa da, hesab sevindiricidi. Amma oyun baxımından da artırmalıyıq. 7-8 ay əvvəl bizim heyətdə yer alan 6 oyunçu əsas millinin Moldova üzərində 3:1 hesablı qələbəsində start heyətində yer aldı. Biri isə sonradan meydana çıxdı. Buna görə Fatih Terimə təşəkkür edirəm. Bizim komandada bəzi mövqelərdə çatışmazlıqlar var. Bu üzdən oyunçu axtarışını davam etdiririk”.