Ölkə futbolu
Tural Axundov: “Uğurlu çıxışımızın ardını gətirmək istəyirik”
Topaz Premyer Liqasının 24-cü turunda səfərdə “Qaraba?…
Topaz Premyer Liqasının 24-cü turunda səfərdə “Qarabağ” ilə qarşılaşacaq “Kəpəz” bu oyuna hazırlığı Bakıda davam etdirir. Futbolinfo.az xəbər verir ki, “sarı-göylər”in kapitanı Tural Axundov Ağdam klubu ilə matç öncəsi klub saytına açıqlama verib:
“Uğurlu çıxışımızın ardını gətirmək istəyirik. Bundan sonra xal itirə bilmərik. Bizə məqsədimizə nail olmaq üçün qələbə lazımdır. Bilirik ki, “Qarabağ”a qarşı görüş ağır keçəcək. Rəqib çox güclüdür. Odur ki, məşqlərdə əzmlə çalışırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Milli komandaların seçmə oyunları səbəbindən çempionatda yaranan fasilə xeyrimizə işlədi. İlk növbədə yaxşı istirahət edib psixoloji vəziyyətimizi düzəltdik. Növbəti oyunlara hazırlaşmaq üçün daha çox vaxtımız oldu”.