Premyer-liqa
AZAL Birinci Divizionda!
Topaz Premyer Liqasının 24-cü turu Birinci Diviziona yollanacaq…
Topaz Premyer Liqasının 24-cü turu Birinci Diviziona yollanacaq komandanın adına aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, sonuncu pillədə qərarlaşan AZAL bu gün "İnter"ə də məğlub olmaqla son şansını boşa verib.
“Təyyarəçilər”in 1:2 hesablı məğlubiyyəti bu komandanın sona 4 tur qalmış aşağı dəstəyə düşməsini rəsmiləşdirib. Çünki hazırda 10 xala malik AZAL 7-ci olan “Kəpəz”dən 14, 6-cı olan “Sumqayıt”dan 18 xal geridədi. Tərlan Əhmədovun çalışdırdığı komanda bundan sonra keçirəcəyi 4 oyunun hamısında qələbə qazansa belə, sonuncu pilləni tərk edə bilməyəcək.
Qeyd edək ki, hazırda 8-ci pillədə qərarlaşan AZAL-ın 24 oyundan sonra cəmi 10 xalı var.