Premyer-liqa
Qriqorçuk: "Şanslarımız öz əlimizdə deyil"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk…
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Danışmaq çətindi. Bu oyunda 3 xal qazanmalı idik, amma bacarmadıq. İlk hissədə rəqib 5-7 dəqiqə topa nəzarət etdi. Bunu nəzərə almasaq, komandamız yaxşı oynadı, amma qol şanslarını dəyərləndirə bilmədik. Yolumuza davam etməliyik.
– Liderlə xal fərqi 4-ə çatdı. Çempionluq şansının minumuma endiyini demək olarmı?
– Nəticədən asılı olmayaraq, növbəti matçlarda qələbə qazanmalıyıq. Bugünkü xal itkisi ilə vəziyyətimizi çətinləşdirdik. Şanslarımız öz əlimizdə deyil. Növbəti görüşlərdə qalib gəlməliyik.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…