Ölkə kuboku
“Neftçi” üçün daha bir yubiley
Azərbaycan kubokunun sabah keçiriləcək yarımfinal mərhəl?…
Azərbaycan kubokunun sabah keçiriləcək yarımfinal mərhələsinin cavab oyunu “Neftçi” üçün əlamətdar olacaq. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, səfərdə “Qarabağ”la üz-üzə gələcək paytaxt təmsilçisi yarışda 150-ci matçına çıxacaq.
Ölkə kubokunda ən çox oyun keçirən klub olan “ağ-qaralar”ın hesabında indiyədək 149 matç var. Bakılılar 1992-ci ildən bu turnirdə mübarizə aparan “Neftçi” 25 ildə 86 qələbə qazanıb.
Hesabında 32 heç-heçə və 31 məğlubiyyət olan paytaxt təmsilçisi prinsipial rəqibi ilə görüşdə qalib gəlməyə çalışacaq. Bu il 80 yaşını qeyd edən bakılılar 150-ci matçadək rəqib qapılarından 244 top keçirib. Öz qapısında 96 qol görən “Neftçi”nin top fərqində texniki nəticələr əks olunmayıb.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu sabah keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?