Ölkə kuboku
Ardıcıl 4-cü qələbə
“Qəbələ” Azərbaycan kubokunda ardıcıl 4-cü qəl…
“Qəbələ” Azərbaycan kubokunda ardıcıl 4-cü qələbəsini qazanıb. Futbolinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında “İnter”i 2 cavabsız qolla məğlub edən Roman Qriqorçukun yetirmələri bunadək son 3 oyunda da qalib gəlmişdi.
Paytaxt təmsilçisi ilə ilk görüşdə 3:1 hesabı ilə qələbə qazanan “qırmızı-qaralar” 1/4 finalda da hər iki matçda rəqibini üstələmişdi. Qəbələlilər həmin mərhələdə AZAL-dan üstün olmuşdu.
Evdə 2:1 hesabına sevinən əyalət klubu səfərdə minimal hesaba sevinmişdi. Qriqorçukun komandası 1/8 finalın “Zaqatala” ilə görüşündən sonra (2:2, pen.4:1) bütün matçlarda qalib gəlib. Apasport