Ölkə futbolu
Luis Enrike danladı, Messiqlə Neymar küsdü
"Barselona"nın futbolçuları Lionel Messi və Neymar…
"Barselona"nın futbolçuları Lionel Messi və Neymar Çempionlar Liqasının ilk 1/4 final matçında "Yuventus"a məğlubiyyətin (0:3) növbəti günü komandanın məşqinə çıxmayıblar. Komandanın baş məşqçisi Luis Enrike məşqdən qabaq futbolçularla xeyli söhbət edib, Turindəki pis oyunlarına görə onları danlayıb.
Mütəxəssis və futbolçular arasında münasibət məşqçinin mətbuat konfransında yetirmələrinin "Yuve" ilə oyunda olduqca zəif çıxış etdiklərini deməsindən sonra yenidən gərginləşib. Məşqçinin sözlərindən sonra Messi Neymarın müşayiəti ilə meydanı tərk edib və fərdi məşq etməyə başlayıb. Halbuki, klub Lionelin səhhəti ilə bağlı hər hansı bir məlumat yaymayıb.
Məşqdə zədəsini yenicə sağaldan Arda Turan da iştirak edib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir