Ölkə futbolu
Ançelotti: "Real" bizə ümid yeri qoydu”
"Bu nəticə hələ hər şeyin həll olunduğu demək deyil. &qu…
"Bu nəticə hələ hər şeyin həll olunduğu demək deyil. "Real" bizə ümid yeri qoydu. Birinci hissədə əla oynadıq. Ancaq bunu 90 dəqiqə ərzində təkrarlaya bilmədik. "Real" kimi komandaya qarşı on nəfərlə oynamaq çətin idi". Bu sözləri "Bavariya"nın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Real"a 1:2 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.
O, reallaşdıra bilmədikləri penaltinin matçın gedişatını dəyişdirdiyini söyləyib: "İkinci qolu vura bilmədik. Fasilədən dərhal sonra isə rəqib hesabı bərabərləşdirdi. Bunlar oyununun gedişatını dəyişdirdi. Ronaldo bu matçda həlledici rol oynadı. Onun bu cür futbolçu olduğunu bilirdik".
Ançelotti cavab qarşılaşması haqda da danışıb: "Cavab oyunu çətin olacaq. Ancaq hələ də şansımız var. Ondan istifadə etməyə çalışacağıq. Ən yaxşı oyunumuzu nümayiş etdirməliyik".
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?