Premyer-liqa
Davud Kərimi: “Üç xal götürməkdən başqa yolumuz yoxdu”
Topaz Premyer Liqasının 26-cı turunda “Kəpəz”i &ccedi…
Topaz Premyer Liqasının 26-cı turunda “Kəpəz”i çətin sınaq gözləyir. Futbolinfo.az xəbər verir ki, “sarı-göylər” çempionluğa oynayan “Qəbələ” ilə qarşılaşacaq.
Bu oyun öncəsi komandanın qapıçısı Davud Kərimi klub saytına açıqlama verib: “Hamımızın fikri qələbə qazanmağa yönəlib. Avroliqaya vəsiqə əldə etmək üçün qarşıdakı bütün oyunlardan üç xal götürməliyik. Başqa yolumuz yoxdu. Futbolçular məsuliyyəti, qarşıya qoyulan vəzifəni yaxşı dərk edir. Bunun üçün əvvəlcə “Qəbələ” ilə görüşdə məqsədimizə çatmalıyıq. Komandada əhval-ruhiyyə yaxşıdı. Hamı doğma meydanda qələbəyə, azarkeşləri sevindirməyə köklənib. Sonuncu turda “Neftçi” üzərindəki qələbə də uşaqları daha da ruhlandırıb. Bu qələbə ilə Avropa yolunda yenidən şans qazandıq. Qarşıdakı oyunda da uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-29 14:17
II Liqada 23-cü turun təyinatları müəyyənləşdi