Dünya futbolu
"Dmitri Nazarov bizim üçün çox önəmli oyunçudu"
Almaniya ikinci Bundesliqasında həftəsonu 31-ci turun oyunları ke&…
Almaniya ikinci Bundesliqasında həftəsonu 31-ci turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dimitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” doğma meydanda “Vürsburger Kikkers”lə üz-üzə gələcək.
Matçdan əvvəl açıqlama verən Aue təmsilçisinin baş məşqçisi Domeniko Tedesko Paskal Kopk, Kristan Tiffert və Dimitri Nazarovun sarı vərəqə almasından ehtiyat edir. Liqada qalmaq baxımından çox vacib oyuna çıxan “Ersgebirge” üçün bu matçda qələbə hava-su kimi lazımdı. Həmçinin, çempionatın sona yaxınlaşması 31 yaşlı italiyalı mütəxəssisi əsas futbolçularını qorumağa məcbur edir:
“Mən taktikanın fanatı deyiləm. Oyunçular məsuliyyəti dərk edir. Həmçinin onlar öz qayğılarına qalmalıdılar. Tiffert, Kopk və Nazarov kimi oyunçular bizim üçün hazırda çox vacibdilər".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç