Ölkə futbolu
Vurğun Hüseynov daha bir il "Sumqayıt"da!
Mövsümün başa çatmasına 1 tur qalmasına baxma…
Mövsümün başa çatmasına 1 tur qalmasına baxmayaraq, "Sumqayıt" Futbol Klubu 2017/2018 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb. Futbolinfo.az xəbər verir ki, sözügedən klub ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb.
29 yaşlı müdafiəçi yeni 1 illik sazişə imza atıb. 4 mövsümdü bu klubun şərəfini qoruyan Vurğun 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində 27 oyuna çıxıb və 2430 dəqiqə meydanda olub. Kapitan ümumilikdə isə "Sumqayıt"ın heyətində 111 qarşılaşmada meydana çıxıb.
Xatırladaq ki, Vurğun Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?