Bizi izləyin

Ölkə futbolu

Tovuz, Ağsu, İmişli – Premyer Liqaya bu şəhərlər gəlməlidi!

Futbol üzrə ölkə çempionatı finişdədi. Amma hət…

blank
Futbol üzrə ölkə çempionatı finişdədi. Amma hətta indi də yeni mövsümlə bağlı heç nə bəlli deyil. Nə reqlament, nə iştirakçı sayı, nə də kimlərin yarışa qatılacağı bilinir. Həm Premyer Liqa, həm də I divizionla bağlı vəziyyət eynidi.
 
AFFA rəhbərliyinə inansaq, yeni mövsümdə elitada minimum 8, maksimum 10 komanda mübarizə aparacaq. Dəqiq sayın müəyyənləşməməsi çətin maliyyə vəziyyəti ilə bağlıdı ki, bu da başadüşüləndi. Sponsorlardan asılı klubların həyatı məhz onların hansı durumda olmasına bağlıdı.
 
"İnter"in xilası üçün atılan addımlar Premyer Liqada komanda sayının 10-a yüksələcəyini deməyə əsas verir. "Paytaxt klubu" hələ bir müddət də AFFA-nın hesabına yaşayacaq. Digər 6 komandanın iştirakını davam etdirməsi üçün əngəl yoxdusa, AZAL-ın diviziona enməsi gözləniləndi. Bu komanda turnir cədvəlində son pilləni tutduğundan elitanı tərk etməlidi.
 
Divizionda Premyer Liqaya layiq çox az sayda komanda olduğunu nəzərə alsaq, bəlkə də AZAL-a dəstək vermək, normal bazası olan klubu qorumaq daha yaxşı olardı. Pis-yaxşı, bu komanda illərdi sabit fəaliyyət göstərir, qazonunda təmirə ehtiyac duyulsa da, stadionu var. Amma iş ondadı ki, komandanın himayədarları futbola sərmayə qoymaqda maraqlı deyil. AZAL kasıb şirkət deyil, yaxınlarda milyard dollarla ölçülən təyyarə alışı reallaşdırdılar. Bu səbəbdən onların ilik yarım milyon manatlıq xərcə düşməsi, futbola qayğı göstərməsi mümkündü. Bunu etmirlər – ya futbol həqiqətən perspektivsiz sahədi, ya da futbol təsərrüfatındakı yarıtmaz idarəçilik onların küsməsini şərtləndirib.
 
İstənilən halda, ortada 7 komanda qalır və sayı düzəltmək üçün daha üçünə ehtiyac var. Görək I diviziondan bu qədər normal klub tapmaq olarmı?
 
Son mövsümdə divizionda 14 komanda mübarizə aparırdı və yarış başa çatmamış onların ikisi qovuldu. "Şərurspor"la "Rəvan" danışılmış oyunlarda iştirakda şübhəli bilinərək yarışdan uzaqlaşdırıldı və onların ümumiyyətlə, futbol təsərrüfatında mövcudluğu mümkünsüzdü.
 
Qalan 12 komandadan kimlərin Premyer Liqaya yüksəlmək üçün lisenziya sənədləri hazırladığını bilmirik, lakin istəsələr də belə, yalnız "Turan Tovuz", "Səbail", "Ağsu", "Şəmkir" və "Mil-Muğan"ın belə şansı var. "Qaradağ Lökbatan", "Zaqatala", MOİK, "Şahdağ", "Energetik", "Bakılı" və "Göyəzən" minimal tələblərə də cavab vermir.
 
Lisenziya tələblərində əsas meyarlardan biri elitaya yüksəlmək istəyən divizion komandalarının uşaq liqalarında ən azı bir təmsilçisinin olmasıdı. Və adını çəkdiyimiz 7 klubdan ("Qaradağ Lökbatan", "Zaqatala", MOİK, "Şahdağ", "Energetik", "Bakılı" və "Göyəzən") heç biri bu tələbi yerinə yetirməyib. Bundan sonra boşluğu doldurmaq mümkün olmadığından, sözügedən klublardan hansınınsa elitaya buraxılması lisenziya şərtlərinin kobudcasına pozulması demək olacaq.
 
Əslində, bu komandalardan əksəri taleyi ilə çoxdan barışıb və elita iddiasında da deyillər. Yalnız "Zaqatala" istisnadı. Belə ki, əyalət klubu Premyer Liqaya yüksəlməyi arzulayır, sponsorlardan dəstək gözləyir. Klub rəhbərliyinin hansı səbəbdən əsas lisenziya tələbini unutması isə müəmmalıdı.
 
“A” Dərəcəli meyar
Maddə 17 – S.03 Gənclər komandaları
1. Lisenziya iddiaçısı və ya onun törəmə müəssisəsinin nəzdində olan ən azı aşağıdakı gənclər komandalarına malik olmalıdır:
a. Əvəzedici komanda
b. 19 yaşdan aşağı olan gənclər komandası (U-19)
c. 17 yaşdan aşağı olan gənclər komandası (U-17)
d. 16 yaşdan aşağı olan gənclər komandası (U-16)
e. 15 yaşdan aşağı olan gənclər komandası (U-15)
f. 14 yaşdan aşağı olan gənclər komandası (U-14)
g. 13 yaşdan aşağı olan gənclər komandası (U-13)
h. 12 yaşdan aşağı olan gənclər komandası (U-12)
i. 11 yaşdan aşağı olan gənclər komandası (U-11)
 
 “A” Dərəcəli meyar Maddə 18 – S.04
Rəsmi yarışlarda iştirak
1. Lisenziya iddiaçısının Maddə 17-də göstərilən gənclərdən ibarət bütün futbol komandaları cari mövsümdə AFFA tərəfindən keçirilən müvafiq yarışlarda (liqalarda) iştirak etməlidir.
2. Cari mövsümdə I Divizionda iştirak edən lisenziya iddiaçısının gənclərdən ibarət ən azı bir komandasının AFFA tərəfindən təşkil olunan yarışlarda iştirakı mütləqdir. Lisenziya iddiaçısı yazılı şəkildə zəmanət verməlidir ki, müraciət etdiyi lisenziya mövsümündə Maddə 17-nin 1-ci bəndində qeyd olunmuş bütün komandaların müvafiq yarışlarda (liqalarda) iştirakını təmin edəcəkdir.
 
Maraqlıdı ki, Zaqatalanı uşaq liqalarında bir sıra komandalar ("Viktoriya", "Lokomotiv" "Daşqın") təmsil edib, lakin məhz bu klub yarışlarda olmayıb. Lisenziya tələbində isə aydın şəkildə yazılıb ki, yalnız klubun nəzdində olan hansısa komanda uşaq liqalarında iştirak edərsə, onun Premyer Liqada oynaması mümkündü. Ola bilsin, ad dəyişikliyi, hansısa komandanı "özəlləşdirmək" kimi saxtakarlıqlarla bu, mümkün olsun. Lakin reallıqdı ki, "Zaqatala"nın elitada oynaması qanunsuzdu. Klubun qızlar liqasında təmsilçisi var. Ancaq lisenziya tələblərində bununla bağlı qeyd yoxdu – qadın komandası Premyer Liqaya vəsiqə üşün vasitə ola bilməz.
 
Yerdə 5 klub qalır: "Turan Tovuz" (1-ci yer), "Səbail" (2-ci yer), "Ağsu" (3-cü yer), "Şəmkir" (6-cı yer) və "Mil-Muğan" (7-ci yer). İdman prinsiplərinə görə, AZAL-ı məhz ilk "üçlük"dəki komandalar əvəz etməlidi. Lakin onların digər tələbləri də yerinə yetirməsi lazımdı ki, bu baxımdan ciddi problemlər var. Xüsusilə maliyyə məsələləri demək olar, hamısı üçün əngəldi.
 
"Şəmkir"də vəziyyət daha pisdi. Bu klubun yalnız U-15 liqasında təmsilçisi olub. Lisenziya şərti xatirinə yaradılan komanda çoxdan dağılıb, komandanın infrastrukturla bağlı problemi var, stadionu yararsızdı. Bu səbəbdən qərblilərin elitaya buraxılması yalnız məcburiyyətdən, saysız güzəştlərdən sonra mümkün ola bilər.
 
Digər 4 komandanın da hərəsinin öz dərdi var. Bununla belə, seçim edilərkən "Səbail"ə yox, digər 3 komandaya üstünlük verilməlidi. Reallıqdı ki, turnur cədvəlindəki vəziyyətə görə "Səbail" "Ağsu" və "Mil-Muğan"dan daha yaxşı vəziyyətdədi. Lakin bu, hər şey demək deyil.
 
Bu 4 iddiaçıdan üçü hazır struktura malikdi. "Turan Tovuz"un qadın komandası, eyni zamanda uşaq liqalarında iştirak edən 6 kollektivi var; "Mil-Muğan"da da qızlar komandası mövcuddu, üstəlik, 4 liqada mübarizə aparırlar; "Ağsu"nun qadın kollektivi olmasa da, 5 uşaq komandası yarışlarda mübarizə aparır; "Səbail"in qadın komandasından başqa cəmi 2 yaş qrupu üzrə təmsilçisi var.
 
Göründüyü kimi, əyalət klublarında vəziyyət daha yaxşıdı. Uşaq-gənclər futbolunun inkişafı baxımından onlar daha çox iş görür. "Səbail" isə əsasən saxtakarlıqla məşğuldu – bu komanda Təhsil Nazirliyinin xətti ilə dövlətdən maliyyələşən "Vətən"in uşaq komandaları ilə müqavilə bağlayıb, gözdən pərdə asırlar.
 
Bu klubların heç biri AFFA-nın yardımı olmadan fəaliyyət göstərə bilməz. Assosiasiya isə pul bölgüsündə "Səbail"ə dayaq durur, ona daha çox vəsait ayırır. Bildiyimizə görə, "Turan Tovuz", "Ağsu" və "Mil Muğan" hərəsi 250 min manat, "Səbail" isə bunun 3-4 misli qədər yardım görür. Halbuki AFFA həqiqətən bölgələrdə futbolun inkişafında maraqlıdısa, əyalət klublarına daha çox yardım etməlidi. Neçə il yaşayacağı bəlli olmayan, taleyi daha çox AFFA rəhbərliyinin kim olmasından asılı "Səbail"dənsə, həmişə futbolun mövcud olduğu Tovuza, İmişliyə qayğı göstərilməlidi.
 
"Səbail" əslində Premyer Liqada xərcləyəcəyi pulu klubun infrastrukturunun inkişafına da yönəldə bilər. Bu klub təzə yarandığından onsuz da növbəti mövsüm avrokuboklarda iştirak edə bilməyəcək. "Zirə" təcrübəsi göstərdi ki, bunun üçün minimum 3 illik fəaliyyət dövrü tələb olunur. Belədisə, "Səbail" daha bir mövsümü aşağı divizionda keçirsin, klub kimi təkmilləşsin, elitada xərcləyəcəyi əlavə vəsaiti formalaşmağına sərf etsin.
 
Belədə AFFA-nın maliyyə yükü də qismən azalar. O zaman əyalət klublarına normal büdcə ayrılar, yerli icra hakimiyyətləri də təmsilçilərinə müəyyən dəstək verər. Ən əsası, Gəncə və Qəbələ yalqız qalmaz, Tovuzda, Ağsuda, İmişlidə də futbol bayramı yaşanar. Futbolun inkişafı üçün bu, vacibdi.
 
Qarşıda 2 aya yaxın vaxt var. AFFA Premyer Liqa iştirakçılarını müəyyənləşdirmək üçün hələ çox çalışmalıdı. Llisenziya tələbləri onsuz da tam yerinə yetirilməsi mümkün olmayan məsələdi. Ümid edirik ki, qurum güzəşt edərkən futbolun inkişafını, top oyununun coğrafiyasının genişlənməsini daha vacib biləcək.
 
FƏRİD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm