Dünya futbolu
İbrahimoviç əməliyyat olundu
Avropa Liqasının 1/4 finalında “Anderlext”lə mat&ccedi…
Avropa Liqasının 1/4 finalında “Anderlext”lə matçda zədələnən “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç əməliyyat edilib. Futbolinfo.az xəbər verir ki, şəxsi “İnstagram” səhifəsində paylaşım edən isveçli oyunçu yaxşı olduğunu bildirib.
Uğurlu əməliyyat keçirdiyini bildirən 35 yaşlı forvard tez müddətdə yaşıl meydanlara dönmək istədiyini açıqlayıb: “Müalicə edilmişəm, özümü güclü hiss edirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Yaxın vaxtlarda məni meydanlarda görməyin kefini çıxaracaqsız”.
Qeyd edək ki, “Anderlext”lə oyunda zədələnən hücumçunun diz qapağı çatlamışdı.