Dünya futbolu
Komandası Dadaşovun yoxluğunda uduzdu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 24-cü turdan təxi…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 24-cü turdan təxirə salınmış oyunlar keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Şönberq"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Dadaşov bu oyunun iştirakçısı olmayıb.
Qeyd edək ki, "Moyzelvits" hazırda 38 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.