Bizi izləyin

Ölkə futbolu

“Neftçi” üçün… Yeni “vaqonlar” sifariş edildi

Deyəsən, “Neftçi” azarkeşlərdən başqa he&cced…

blank
Deyəsən, “Neftçi” azarkeşlərdən başqa heç kimə lazım deyil. Bu kluba pul qazanmaq vasitəsi, öz prinsiplərini yeritmək imkanı, nüfuz pultu kimi baxırlar.
 
Bakı klubunun verdiyi son qərar fərqli düşünməyə imkan vermir. Hamı Elxan Abdullayevin komandanı böhrandan çıxarmaq gücündə olmadığı fikrində birləşdiyi bir zamanda, rəhbərlik sanki acığa düşüb, onunla yeni müqavilə imzaladı. Özü də 3 illik…
 
Bu isə o deməkdi ki, “Neftçi” daha 3 il turnir cədvəlinin son pillələrində sürünəcək, daha 3 il titulsuz qalacaq, daha 3 il azarkeşlər komandanı dəstəksiz qoyacaq. Mətbuatla, azarkeşlərlə, hətta rəhbər dairələrin də bir qismi ilə problemi olan Abdullayev yalnız AFFA-dakı “dayday”larının istəyinə görə postunda qalacaq.
 
“Neftçi” idarə olunmur – indiki rəhbərlik AFFA-nın baş katibi Elxan Məmmədovun göstərişlərini yerinə yetirir, 80 yaşlı flaqmanın imicini xərcləməklə, onu məhəllə komandasına çevirməklə məşğuldu. Klubun Müşahidə Şurası isə bu biabırçılığı seyr etməklə kifayətlənir. Hər ay hesabına maaş kimi 20 min dollar köçürdüyü deyilən Çingiz Abdullayev bu pula görə imicini xərcləyir, səssiz fiqur kimi taxtda oturdulub.
 
Bu gün yazıram, bir neçə aydan sonra siz də əmin olacaqsız ki, Elxan Abdullayev bu postda çox qalmayacaq. Bu insanın məşqçilik bacarığına bələd olduğumdan uğursuzluqların sıralanacağını indidən proqnozlaşdıra bilərəm. Amma 3 illik müqavilə o deməkdi ki, baş məşqçi bir neçə ay sonra qovulsa da, müqavilədən irəli gələn kompensasiyasını qazanmaq imkanına malik olacaq.
 
Bu, AFFA-nın ilk belə təcrübəsi deyil. Berti Foqtsun da heç nəyə yaramadığını bilə-bilə onunla müqaviləni hər il uzatdılar, o isə ölkə futbolu adına heç nə etmədən milyonlar qazandı, sonra da təzminatını alıb getdi. Yararsız ola-ola Azərbaycanda saxlanılan Bernard Lippert də onun kimi, kimlərinsə cibini doldurmaq üçün vasitədi. Və nəhayət, Elxan Abdullayev. Elxan Məmmədova yaxın, hətta şərik olan menecerlər dəstəsi yayda yeni, lazımsız futbolçu transferləri ilə ciblərini dolduracaq, komandanın nəticələri isə heç kimin vecinə olmayacaq.
 
Yalnz Azərbaycanda bu cür müqavilə mümkündü. Komandanı 5-6 milyon xərcləyərək 8 komandalı çempionatda 7-ci yerdən 7-ci yerə “yüksəldən” məşqçiyə daha 3 il şans verilir. O məşqçiyə ki, azarkeşə “xuliqan” deyir, reallığı yazan jurnalisti qərəzdə suçlayır, tapşırıqla gəlib,tarixi olan bir komandanı məhv edir, özünü xilas etmək üçün hətta köməkçilərinə də torba tikir.
 
Mənə çox maraqlıdı: Aleksandr Deriberin və İqor Getman nümunəsindən sonra özünə hörmət edən hansı məşqçi Abdullayevə köməkçi olmaq istər? İstəyən şəxsiyyətinə hörmət qoymayan bacarıqsız və yəqin ki, yalnız qazancı düşünənlər olar. Yoxsa ki, iddialı komandanı qapazaltı kollektivə çevirən, dövlətin vətəndaşının boğazından kəsib ayırdığı milyonları havaya sovuran biri ilə sonu qaranlıq tunel olan yolu kim gedər ki?
 
Sponsorlar, pulun sahibi olan dövlət rəhbərliyi hələlik yuxudadı, heç kim milyonların hara xərclənməsinin hesabatını istəmir, AFFA-nın baş katibi Elxan Məmmədov isə yeni strategiya adı ilə ölkə futbolunu məhv etməkdədi. Və bu işi bir nömrəli komanda olan “Neftçi”nin başında dəlləklik etməklə sürdürür. Xeyirli olsun, idmana qayğını prioritet seçən ölkə rəhbərliyi milyonların dağıdılmasına göz yumduğu müddətdə deyiləcək başqa söz yoxdu. Amma Abdullayev bu komandanı növbəti dəfə fiaskoya aparanda qeydə alınacaq zəlzələ çox adamın başını aparacaq. O zaman isə gec olacaq, ortada gedən illər olacaq və hər şeyi yenidən başlamaq lazım gələcək.
 
Mövsümün son turunda “Qarabağ” azarkeşləri “Neftçi”ni təhqir edən plakatla yadda qaldılar. Üzərində söyüş yazılan vaqon şəkli komandanın 80 illik tarixində ən utandırıcı mənzərə idi. Buna cavab verəcək kimsə də yox idi, çünki onun qarşısını “Neftçi” azarkeşləri almalı, adekvat addımı onlar atmalı idilər. Gəl ki, həmin azarkeşlər elə Elxan Abdullayevin sayəsində çoxdan stadionlardan uzaq düşüb.
 
Son müqavilə göstərdi ki, daha 3 mövsüm “Neftçi”nin oyunlarında “vaqon” görəcəyik. Və bu “vaqon”u rəhbərlik, son qərara əl çalan Çingiz Abdullayev sifariş vermiş oldu. Nəyimə lazım? Bu insanlar özünü, pul qazanmaq vasitəsi kimi baxdıqları “xalq komandası”nı söydürmək üçün hər şey edirlər…
 
AĞA
 
P.S.: Əldə etdiyimizməlumata görə, Abdullayev rəhbərliyə ilk ildə mükafatçılar sırasına düşməyi, növbəti mövsümdə çempion olmağı və müqaviləsinin son ilində də də Çempionlar Liqasının  qrupundaoynamağı vəd edib. Yadımdadı, “Neftçi”də rəhbərlik dəyişəndə, Elnur Məmmədov kluba icraçı director gələndə də belə mərhələli uğur vədi vermişdi. Həmin gündən “Neftçi” daimi qapazaltıdı. Bacarığına ciddi şübhə etdiyim Elxan bəy də eyni himayədarların eyni planını işə salıb. Adama deyərlər: Nə ilə, Alış?
P.P.S.: Daha bir informasiyaya görə, Abdullayevlə müqavilədə şərt var. Əgər komanda qışa kimi turnir cədvəlində ilk “üçlük”də olmasa, məşqçi təzminat almadan istefa verəcək. Ancaq maraqlıdı – niyə bu məqam da rəsmən açıqlanmır?
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm