Dünya futbolu
Əsgərov Latviyada qol vurdu, əvəzləndi
Futbol üzrə Latviya birinci liqasında 4-cü turun oyunları…
Futbol üzrə Latviya birinci liqasında 4-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası – "Olayne" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Stayçeles Bebri" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Matça start heyətdə başlayan Vüqar 32-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Amma elə həmin dəqiqədəcə əvəzlənib.
"Olayne" 4 turdan sonra 9 xalla 14 komanda arasında 4-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?