Ölkə futbolu
Mehman Rəsulov: “Belə vəziyyətdə işləmək doğrudan da nəticəsizdi”
“Neftçi”də daha bir ayrılıq baş tutub. Futbolin…
“Neftçi”də daha bir ayrılıq baş tutub. Futbolinfo.az xəbər verir ki, bakılıların mətbuat katibi Mehman Rəsulov komandadan ayrılıb.
Bu haqda məlumatı Rəsulov şəxsi “Facebook” səhifəsində yazıb: “Dəyərli həmkarlar, əziz azarkeşlər, bu gündən mənim üçün "Neftçi" sərgüzəştləri başa çatdı. Bu müddətdə möhtəşəm kollektivlə çalışdım. Habil Hacıyev, Rüstəm Fətəliyev, Çingiz Həsənov, Elmin Muradov, Leka Səttarova, Cavid Əsədov, Kənan Hənifəyev, hər şeyə görə çox sağ olun”.
Saytımıza açıqlama verən sabiq klub rəsmisi işdən çıxmasına belə aydınlıq gətirib: “Qarşılıqlı razılaşma əsasında ayrıldım. Bu işdə fəaliyyətimi davam etdirmək istəmədim. Qışdan sonra media nümayəndələri ilə görüşüb, bəzi layihələri reallaşdırmalı idim. Müəyyən vaxt keçdikcə gördüm ki, bu layihələr reallaşdırılmır, bu şərtlər altında işləmək istəmədim. Belə vəziyyətdə işləmək doğrudan da nəticəsizdi”.
Qeyd edək ki, Mehman Rəsulov 2015-ci ilin sentyabrından klubun mətbuat katibi vəzifəsində çalışırdı.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi