Dünya futbolu
Dəniz Yılmaz pulunu aldı
Türkiyənin “Bursaspor” klubu Azərbaycan yığmasın…
Türkiyənin “Bursaspor” klubu Azərbaycan yığmasının futbolçusu Dəniz Yılmaza olan borcunu ödəyib. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına açıqlamasında klubun prezidenti Ali Ay xəbər verib.
UEFA “ağ-yaşıllar”ın lisenziya tələbini qəbul etməmişdi. Buna səbəb kimi “Bursaspor”un 3 futbolçu – Dəniz Yılmaz, Tomaş Netsid və Bakaye Traoreyə borclu olması göstərilmişdi. Hər 3 oyunçu şikayət etdiyindən, Avropanın ali futbol qurumu “Bursaspor”a gələn mövsüm avrokuboklarda iştirak üçün lisenziya verməmişdi.
Bu məsələyə toxunan Ali Ay problemi özünün yoluna qoyacağını bildirib. O, 3 futbolçudan ikisinin borcunun artıq ödənildiyini vurğulayıb: “Bütün məsuliyyət mənimdi. Dəniz Yılmaz və Tomaş Netsidlə bağlı öhdəlikləri yerinə yetirdik. Yalnız Bakaye Traorenin 300 min avrosu qalıb. Dostlarımdan həmin borcu ödəməyəcəyimiz halda, hansı vəziyyətlə üzləşəcəyimizi soruşdum. Cavabında UEFA-dan lisenziya almağın problemə çevriləcəyini dedilər. Bu il avrokuboklara getməyəcəyimiz üçün o pulu ödəmədim. Onsuz da, klubda ödəyə biləcəyimiz pul da qalmadı”.
Qeyd edək ki, Dəniz Yılmaz bir müddət əvvəl klubu FİFA-ya şikayət etməklə hədələdiyindən, komandadan uzaqlaşdırılmış və transferə çıxarılmışdı. Apasport
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir