Ölkə futbolu
Kvekveskiri pulu seçdi
Nika Kvekveskirinin “Qəbələ” karyerası bitdi. Azad age…
Nika Kvekveskirinin “Qəbələ” karyerası bitdi. Azad agent olan Gürcüstan millisinin üzvü karyerasını təmsilçimizdə davam etdirməyi lazım bilmədi.
Nika tezliklə Qazaxıstan karyerasına başlayacaq. Onun “Tobol”la anlaşması zaman məsələsidi. Həmyerlisi Omari Tetradzenin çalışdırdığı Kostanay klubu Kvelveskiriyə Azərbaycanda qazandığından 2-3 qat artıq pul verir.
Nika “Qəbələ”dən də təklif alıb. Gümüş medalçımız gürcüyə yeni müqavilə üçün aylıq 10 min dollar vermək istəyirmiş. Danışıqlar dalana dirəndikdən sonra bu məbləğ 15 minə kimə artırılıb. Lakin “Tobol”un illik 300 min dollar təklif etməsindən sonra Kvekveskiri seçimini edib.
Yaşı səbəbindən Roman Qriqorçukun imtina etdiyi Rəşad Sadiqovla Nikanı itirdikdən sonra “Qəbələ” yarımmüdafiənin mərkəzinə yeni oyunçu tapmalıdı. Komanda yeni dayaq yarımmüdafiəçisinin əcnəbi olmasını istəyir və rəhbərlik axtarışa start verib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”