Bizi izləyin

Ölkə futbolu

Tərlan Əhmədov: “Futbolçuların əməkhaqqlarını dostlarım verirdi”

Tərlan Əhmədov AZAL üçün bütün bacarığ…

blank
Tərlan Əhmədov AZAL üçün bütün bacarığını ortaya qoymuşdu. Komandanın az büdcə ilə ayaqda qalmasında, əzmkar mübarizə aparmasında, güclü rəqiblərə "asan yem" olmamamsında məhz Əhmədovun əməyi böyük idi. Amma təəssüf ki, sonradan istər məşqçiyə, istərsə də kluba biganə münasibət AZAL-ın birinci dəstəyə düşməsi ilə nəticələndi. Daha doğrusu, aşağı dəstəyə yuvarlanandan sonra komandanın adı dəyişdirilərək "Şüvəlan" oldu. Halbuki laqeydlik olmasaydı, AZAL Premyer Liqada qalacaqdı, hətta daha iddialı çıxış edə bilərdi.
 
Bu üzdən komandanın sabiq baş məşqçisi ilə danışmaq qərarına gəldik. Tərlan bəy müsahibəsində bir çox maraqlı məqamlara toxundu.
 
–  Tərlan bəy əziyyətinizə heyifiniz gəldimi?
– Bu mövsümkü kimi stress olmamışdı. Açığı, çox əziyyət çəkdim. Ardıcıl iki il Avroliqa şansımız oldu. Amma əldən buraxıldı. Bunun qeyri-müəyyən səbəbləri vardı. Çünki bunu hamı bizim qədər istəmədi. Təəssüfləndirici haldı ki, komandanın az büdcə ilə Avroliqa şansı olmasına baxmayaraq, sonadək dəstək göstərmədilər. Mövsümə gəlincə, düzdü, komanda Premyer Liqanı tərk etdi, amma oyun baxımından heç kimdən geri qalmadıq. Hətta deyərdim ki, başabaş oynadıq. Amma bilirsiz, dünya haqsızdı. Yaradıcı insanlara dəyər verilmir. Yalnız dünyasını dəyişəndən sonra dəyər qazanırlar. O cümlədən AZAL-da da belə oldu. Halbuki olmamalı idi. Mətbuatdan, müsahibələrdə oxuyuram ki, komanda keçən ildən birinci divizionda mübarizə aparmalı və adı dəyişdirilməli imiş. Hər halda büdcə o qədər aşağı idi ki… Bir ildə mümkünsüz olanı yaratmışdıq. Allahın ədaləti var. Milyonlarla pul buraxan komandaların demək olar, hamısını keçən mövsüm məğlub etdik. Öz meydanımızda bir dəfə belə məğlub olmadıq. Bir mövsümdə bunu bacardıq. Amma ikinci ildə çətin idi, bunu da başa düşürdük. Çox çalışdıq, əlimdən gələni etdim, yeni transferlər həyata keçirdim ki, bəlkə dəstək göstərələr.
 
– Sizi ən çox təəssüfləndirən nə oldu?
– İki il ardıcıl Avroliqa şansını əldən buraxdıq. Komanda uğurlu çıxış etdiyi bir vaxtda yenə də dəstək göstərilmədi. Bu nöqteyi-nəzərdən komandanın adının dəyişdirilməsi də təəssüfləndirici haldı. Potensialı, bazası olan bir komandanın Premyer Liqanı tərk etməsi, həqiqətən məni çox təəssüfləndirdi. Hər il komanda itirə-itirə gedirik.
 
– Ad dəyişdirlmək məsələsindən xəbəriniz vardı?
– Xeyr, mətbuatdan oxudum. O barədə heç məlumatım da olmayıb. Fikrət müəllimin müsahibəsində oxudum ki, komanda keçən ildən birinci diviziona getməli və adı dəyişdirilməli imiş. Bəlkə də komanda keçən mövsüm son pilləni tutmadığı üçün Premyer Liqada qaldı. Hardasa 2 həftə olar ki, eşitmişəm.
 
– “Dəstək olmadılar” deyəndə kimi nəzərdə tutursuz? Rəhbərliyi, sponsoru, yoxsa mətbuatı?
– Mətbuat həmişə dəstək verib. Tənqidlər olmalıdı. Hər halda az büdcə ilə komanda zəif və ya güclü oynamasından asılı olmayaraq, hər zaman mətbuatdan dəstək gördü. Sadəcə, rəhbərlik, sponsorlar kluba dəstək olmalı idilər. Ona görə də keçən il qazandığımız uğuru bu mövsüm əldə edə bilmədik.
 
– Sizcə, niyə dəstək göstərmədilər? Onları küsdürən səbəb nə idi?
– Bu, mənə aid olan sual deyil. Çünki səbəblərini bilmirəm. Niyə dəstək göstərmədikləri, büdcənin azaldılması və klubun bu vəziyyətə düşməsi haqda məlumatım yoxdu. İşimin başında idm. Fikrətlə (vitse-prezident F.Hüseynovu nəzərdə tutur – red.) gənc yaşlarında bir yerdə oynamışıq, indi də qardaş kimiyik. Onun üçün də çətin idi. Çünki keçən il komandanın Avroliqa şansı yarananda mənə deyilmişdi ki, yeni mövsümdən yaxşı büdcə və şərait yaradılacaq. Olmadığı üçün Fikrət müəllim də çıxılmaz vəziyyətdə qaldı. Mənim üçün daha ağır idi. Yeni futbolçular dəvət etmişdim ki, auranı dəyişim, yeni nəsə yaradım. Amma gördüm ki, getdikcə daha da çətinləşir. Çünki digər 7 komandadan heç biri istəməzdi ki, AZAL az büdcə ilə onları ötsün. Bu, qeyri-mümkündü.
 
– Belə deyək, siz verdiyiniz sözün üzərində sona qədər dayandız, amma rəhbərlik aldatdı…
– Deməzdim ki, aldatdılar. Hər halda, nələrin baş verdiyini bilmirik. Məni heç kim aldatmayıb. Sadəcə, ötən mövsüm demişdilər ki, hər şey yaxşı olacaq. Yeni mövsüm başlayanda bilirdim ki, büdcə necə olacaq. Amma ağır gündə klubu atıb getmək düzgün olmazdı. Həmişə ətrafımdakılara deyirəm ki, "Mən ağır günün dostuyam". Yaxşı gündə məni heç kim axtarmasın, çünki hamı yaxşıdı. Mən ağır vəziyyətdə komandanı atıb getmədim, bunu kişiliyimə sığışdırmadım. Klubdu, yaşatmalıyıq, burda azərbaycanlı balaları var, əlimizdən gələni etməliyik. Buna getdim. "Aldatmaq" sözü mənim üçün qəbulolunmazdı. Niyə belə olduğunu rəhbərlik bilər.
 
– Özünüz qeyd etdiz, biz də bilirik ki, Tərlan Əhmədov AZAL-a şəxsən çox kömək edib. Bilmək olarmı nə qədər xərciniz çıxıb?
– Vallah, məbləğlə bağlı mətbuata heç bir şey deyə bilmərəm (gülür). Amma maaşların gecikdiyi vaxtlar olurdu. Xüsusən də legionerlərimizin çox olduğu mövsümün son 3 ayında əməkhaqlarını ala bilmirdik. Sonradan da verilmədi. O vaxt futbolçulara xərclik verirdim. Həmin pulların hamısı batdı getdi. Bir neçə dəfə soraq göndərdim, dedilər ki, klub nə vaxt borcumuzu versə, qaytaracağıq. Elə ötən mövsümdə də çoxlarına xərclik verirdim. Elə bir məsələ idi ki, pulu verirdim, sonra açığı, geri istəməyə utanırdım. Bu üzdən kimə nə qədər pul verdiyimi yadımdan çıxarırdım. Heç kimə də bir söz deyə  bilmirdim. Bilirsiz, 300, 400, 500, 600 manat çox aşağı məbləğdi. Bununla futbolçunun ailə saxlaması çətin məsələdi. Hər dəfə pul istəyəndə verməmək də olmurdu. Çünki özüm də futbolçu olmuşam, o həyatı yaşamışam. Pulsuzluq dövrünü keçmişəm. 1994-96-cı illəri görmüşəm və futbolçunun pulsuzluğunun nə demək olmasını anlayıram. Son mövsümdə də belə oldu, amma məbləğin çoxu yadımda deyil. Onu da deyim: dostlar sağ olsunlar ki, bəzi futbolçuları mənə “hədiyyə etmişdilər”. Onların əməkhaqlarını da dostlarım verirdi.
 
– Borclarını qaytaranlar oldu?
– Bəziləri qaytardı, qalanları da qaçdı getdi (gülür). Qaytaranlar da oldu, qaytarmayanlar da.
 
– Siz AZAL-a sponsordan daha çox kömək etmisiz…
– Yox, bu, düzgün deyil. Amma futbolçularla nəfəs alırdım. Çünki uğurumuzda ən böyük əməyi olanlar onlardı. Onlar nə qədər yaxşı oynasa, komanda o qədər uğur qazanar. Nə milyonum, nə də milyardım var ki, bir klubu saxlayım. Sadəcə, çətin vaxtlarda futbolçulara dəstək olmuşam. Deyirdilər guya əməkhaqqı-filan verirəm. Bunlar hamısı yanlış söhbətdi. Verdiyim pullar arada itib-batırdı. Kiməsə hədiyyə vermək lazım idisə, alırdım. "Dama-dama göl olar", xırda-xırda verdim, bir də gördüm ki, külli miqdarda pulum gedib.
 
– Yəqin ki, borclarını qaytarmayanların əksəriyyəti legionerlər idi…
– Legionerlər də vardı, yerlilər də. Hətta yerlilər çoxluq təşkil edirdi.
 
– Bundan sonrakı karyeranız haqda nə düşünürsüz?
– Təkliflər vardı, amma sonra… Bilirsiz, bu, həyatdı, mübarizə aparmalısan, dözməlisən. Məşqçi karyerası elədi ki, 2-3 il işləyərsən, sonra 1 il işsiz qalarsan. Hazırda heç bir təklif yoxdu. 8 komanda var, hamısının da baş məşqçisi yerindədi. Sadəcə, vaxtımızı gözləməliyik ki, gələn təklifləri dəyərləndirək.
 
– AZAL birinci divizionda "Şüvəlan" adı ilə mübarizə aparacaq…
– İstəməzdim ki, AZAL birinci divizionda olsun. Bu komandanın 13 illik tarixi var. İki dəfə Avroliqada çıxış edib, çempionluq şansı olub. Hər halda, belə komandanın birinci divizionda oynaması ürək ağrısıdı. Amma belə büdcə ilə klubu yaşatmaq da çətin məsələ idi. Açığı, bir həftə əvvələ qədər ümid edirdim ki, AZAL- yenidən Premyer Liqada çıxış edəcək. Amma sonradan ümidlərim puça getdi.
 
– Birinci divizionda işləyərsiz?
– Xeyr, işləmərəm. Çünki birinci divizionda olmaq çətindi. Eşitdiyim hadisələr, "Rəvan"ın, "Şərurspor"un məsələləri, tək onlar deyil, bir sıra klubların durumu elədi ki, ora gedib adımı ləkələmək istəmərəm.
 
– Birinci divizionun "bataqlıq" olması ilə siz də razılaşırsız?
– Bəli, təsəvvür edin, 20-yə yaxın futbolçu "silinirsə", klublar mövsümün ortasında çempionatdan çıxarılırsa, görün bu nə deməkdi? Nə siqnal, nə də çağırışdı, sadəcə, faktdı. Gedib orda adımı ləkələmək… Futbolçu, məşqçi karyeramda harama əl atmamışam. Ancaq çirkin oyunlara getmədiyim halda belə istər-istəməz orda məndən də şübhələnərlər, adım çıxar. İşsiz qalmaq daha yaxşıdı, nəinki birinci divizionda adımı ləkələmək.
 
– Premyer Liqada köməkçi kimi çalışmağa razı olarsız?
– İnanmıram ki, kimsə məni köməkçi götürsün. Sadəcə, hansısa komandanın yaxşı çıxışı, uğuru üçün belə addım atmaq lazım olarsa, razılaşmaq mümkündü. Hər halda, mən də iddialarımı ortaya qoymaq istərəm. Artıq 3 ildi baş məşqçi postunu tuurdum və bu müddətdə özümü sübut etməyə çalışdım. İstərdim ki, Premyer Liqada komandam olsun və iddiamı irəli sürüm. Görüm ki, bu işi bacarıram, ya yox?
 
– Bəs, yığmada necə?
– Dediyim kimi, Azərbaycan futbolçu üçün lazım olsa, kiminsə köməkçisi olaram. Amma sırf iş xatirinə bunu etmərəm.
 
– Aşağı yaş qruplarından ibarət yığmalarda çalışmaq perspektivinə necə baxırsız?
– Niyə də olmasın? Yığmamızdı, hər birimiz öz körpələrimizi yetişdirmək istəyərik.
 
– Çempionatımızda yenə komandaların sayı artmadı. İrəliləyiş varmı, yoxsa geri gedirik?
– Qısa danışanda insan fikrini çatdıra bilmir və bəzən başqa cür anlaşılır. Məsələnin bir tərəfi budu ki, son iki ildə 8 komanda ilə çıxış edirik. Təsəvvür edin, onlardan ikisi Avroliqanın qrupuna düşüb. Düzdü, say azdı, rəqabət yoxdu, bir komanda digəri ilə 4 dəfə görüşür. Bu da bezdirici olur. Amma digər tərəfdən komandaların çox olan vaxtlarında Avroliqanın qapısını döyə bilmirdik. Biz bunu az komanda ilə bacardıq. Mən də istərdim ki, say çox olsun, "Zaqatala", "Mil-Muğan", "Şahdağ" kimi komandalar Premyer Liqada çıxış etsin. "Qarabağ"la "Qəbələ"nin Avroliqanın qrup mərhələsində oynaması uğurdu. Çoxları deyir ki, çempionatımız sönük keçir. Amma belə deyil. Bu nəticələr rəqbətdən xəbər verir. Son oyunlar maraqlı keçirdi. Məsələn, "Qəbələ" sonda əlini üzdü çempionluqdan. Bir məsələ də var. Hər komandada legionerlərdən əlavə, start heyətində 6 yerli futbolçu oynayır və bunu 8-ə vuranda 48 edir. Lap hər komandada 15 futbolçu olduğunu nəzərə alsaq, bu da 120-125 nəfər edir. İndi siz deyin, bu qədər futbolçunun içindən yığmaya necə seçim etsinlər? Yığmanın gələcəyini düşünürüksə, komandaların sayı artırılmalıdı. Belədə yığmalara namizədlər də çoxalar. Həm də az komanda olanda hamı bir-birinin taktikasını bilir, çünki 4, kuboku da nəzərə alsaq, 6 dəfə qarşılaşırlar. Bu da alınmır. Ona görə də say çoxluğu yaxşıdı.
 
– Bir Bakı klubu getdi, digəri gəldi. Növbəti mövsümdən nə gözləyirsiz? Yenə rəqabət iki komanda arasında gedəcək, yoxsa fərq olacaq?
– Mənə elə gəlir fərqli heç nə olmayacaq. Yenə də rəqabət iki komanda arasında gedəcək. Çempionluq uğrunda "Qəbələ" və "Qarabağ" mübarizə aparacaq.
 
– U-23 yığmamız İslamiadanın çempionu oldu. Bununla bağlı nə deyə bilərsiz?
– Sevindirici haldı. Ev sahibləri həmişə məğlubiyyətlə üzləşirlər. Amma bu gün yığmamız İslamiadanın qalibi olubsa, sevinmək lazımdı. Azərbaycan futbolu, idmanı üçün böyük uğurdu. 160-dan çox medalımız oldu. Bu da gələcək uğurların təməlidi.
 
– Yığmanın oyunlarını bəyəndiz?
– Çempionat bitəndən sonra Yaşar Vahabzadə qısa müddətdə komanda yığdı, formalaşdırdı və çempion oldu. Hər oyundan sonra finala ümidlər artırdı. Yığmanın Mərakeş, Əlcəzair və Omanla oyununa baxdım. Rəqiblərin fiziki cəhətdən yüksək səviyyədə, atletik olmasına heyran qalmışdım. Çempionatda da belədi, komanda zəif başlayır, getdikcə "artırır". Əvvəldən yaxşı başlayıb sonradan pis oynamaq məğlubiyyət kimidi. Komandamız Omanla son oyunda da səhvsiz, fiziki cəhətdən yüksək səviyyədə mübarizə apardı.
 
– Çatışmayan cəhətlər yox idi?
– Qalibi mühakimə etmək olmaz. Hər oyun Yaşar Vahabzadənin komandası səhvləri düzəltməyə çalışırdı. Sonda da qalib gəldi və uğur qazandı. Qeyri-sabit oyun sərgiləsəydilər, çatışmazlıq olduğunu deyərdim. Amma qalibdisə, bundan sonra uğurun həzzin yaşamaq lazımdı.
 
– Əksəriyyət yarışın aşağı səviyyədə olmasına görə yığmanın belə uğur qazandığını deyir. Bu fikirlə razılaşırsız?
– Xeyr razılaşmıram. Balaca yarış deyil ki. Həm də yarışa qatılan komandaların heç biri zəif deyildi. Amma çempion olmuşuqsa, Azərbaycanın adı böyük uğurlar kitabına düşübsə, bəhanə axtarmaq yox, sevinmək lazımdı. Niyə uğurlarımıza kölgə salaq?
 
– Futbolçularımızda belə bir xüsusiyyət var ki, belə uğur olanda "şişirlər", arxayınçılıq yaranır, işlərinə ciddi yanaşmırlar. Belə bir şey müşahidə edə bilərikmi? Məsləhətiniz nədi?
– Məsləhət verə bilmərəm. Bu futbolçunun iradəsinə bağlı olan məsələdi. İdmanda və ya həyatda uğur nə iləsə ölçülmür. İldən ilə uğurlar gəlir və bu, tarixdə qalır. Dünənə görə "çox sağ ol", bugündən isə tələbat başlayır. İnanmıram ki, futbolçularda belə hisslər baş qaldırsın. Onların hamısı peşəkar klublarda çıxış edirlər və inanıram ki, bundan sonra daha böyük uğurlar qazanmaq üçün çalışacaqlar. İnanmıram ki, hansısa futbolçumuz bu uğurdan sonra "şişsin". "Qarabağ"dan, "Qəbələ"dən, "Neftçi"dən futbolçular vardı orda. Onların hər birinin qarşısına böyük məqsədlər qoyulub. Hər halda, işlərinə daha böyük məsuliyyətlə yanaşıb, bu uğurun davamını gətirmək istəyəcəklər. Onlara da bunu arzu edirəm (sport7).
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm