Ölkə futbolu
Vüqar Mustafayev “Zirə”də qaldı
“Zirə”də daha bir yerli futbolçunun gələcək aq…
“Zirə”də daha bir yerli futbolçunun gələcək aqibəti bəlli olub. Paytaxt təmsilçisi müdafiəçi Aleksandr Şemonayevin ardınca yarımmüdafiəçi Vüqar Mustafayevi də heyətdə saxlamağa qərar verib.
Avropa Liqasında çıxış edəcək bakılılar bugündən hazırlığa başlayıb. Qısamüddətli toplanışın ardından yenidən fasilə yaranacaq və futbolçular bir də iyunun 10-da Türkiyənin Bolu şəhərində bir araya gələcək. İndiki toplanışa milli üzvləri və legionerlər qatılmayıbsa, qardaş ölkədə hamı baş məşqçi Ayxan Abbasovun sərəncamında olacaq.
Müqavilə ilə “Qarabağ”a məxsus olan Vüqarın yenidən icarəyə götürüləcəyi, yoxsa birdəfəlik alınacağı müəyyənləşməyib. Sadəcə, Ağdam təmsilçisi onun “Zirə”də qalacağına söz verib. Bununla da “Zirə” müqavilə müddəti başa çatan Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Aleksandr Şemonayev, Viktor İbekoyi və Yovan Krnetadan sonra Vüqar Mustafayevi də komandada saxlayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”