Dünya futbolu
Dmitri Nağıyev: "Bizə hər şeyin yaxşı olacağını deyirlər"
“Əlbəttə, “Volın”la matçı başa ç…
“Əlbəttə, “Volın”la matçı başa çatdırmaq istərdik, ancaq azarkeşləri də başa düşürük. "Dnepr" elə-belə klub deyil, onların həyatının bir hissəsidi”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın U-21 yığmasının üzvü Dmitri Nağıyev bildirib.
Gənc müdafiəçinin çıxış etdiyi “Dnepr”in Ukrayna Premyer Liqasının son turunda “Volın”la ev qarşılaşması 51-ci dəqiqədə dayandırılıb. Buna səbəb yerli azarkeşlərin meydana atdıqları fişəngin partladılması olub. Nağıyevin komandasının aşağı liqaya düşdüyünü nəzərə alsaq, azarkeşlərin bu hərəkətini anlaşılandı:
“Xoşdu ki, oyuna bu qədər çox adam gəlmişdi.Yəqin ki, bu, cari mövsümdə ev matçlarımız üçün rekord sayda tamaşaçı idi. Dolu tribunalar qarşısında oynamaq, onlara sevinc bəxş etmək həmişə xoşdu. Bu, necə alınır, o, artıq başqa məsələdi. Ancaq biz çalışdıq, meydanda vuruşduq…Nə demək olar, azarkeşlərlə emosional ayrılıq alındı. Onlara minnətdarlıq etmək, onlardan üzr istəmək istərdim. Ancaq… "Dnepr"dəki tarixin bu səhifəsi vərəqlənir. Bizə deyirlər ki, hər şey yaxşı olacaq. Buna inanmaq istərdim".
Nağıyev gələcəklə bağlı qəti fikir söyləyə bilmir: "Bundan sonra necə olacaq? Müəyyən qərar veriləcək, ancaq hələ onu deyə bilmirəm. Məzuniyyət müddətində hər şey tam aydınlaşacaq. Klub rəhbərliyi ilə, Andrey Rusol, Andrey Stetsenko ilə əlaqədə olacağam. Komanda istirahətdən qayıdandan sonra onun heyəti və bundan sonra necə olacağını biləcəksiniz".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir