Bizi izləyin

Müsahibə

Ayxan Abbasov: “Bilirik ki, Azərbaycanda bu işi kimlər ediblər və indi haradadılar”

“Zirə” sabah Türkiyəyə yollanır. Avropa Liqasına…

blank
“Zirə” sabah Türkiyəyə yollanır. Avropa Liqasına vəsiqə qazanmış “qartallar” bu gün ikitərəfli oyun keçirəcək və ertəsi Boluya təlim-məşq toplanışına yollanacaq.
 
Bakıdakı hazırlığı dəyərləndirmək üçün komandanın baş məşqçisi Ayxan Abbasovla söhbətləşdik.
 
– “Zirə”nin hazırlıq planı necə olacaq? Türkiyəyə tam heyətlə gedəcəksiniz?
– Bakıda hazırlığa başlasaq da, İslam oyunlarında milli komandamızın heyətində futbolçularımız olduğu üçün tam hazırlaşa bilmədik. Əvvəl U-23-ün heyətində 3 futbolçumuz var idi, Orxan Əliyev və Rəşad Sadiqovun gəlişindən sonra say 5-ə qalxdı.  Onlar hazırlıqlara bir az gec qoşuldu. Legionerlər də 3-4 gün gecikdi. Millinin düşərgəsində olan Anar Nəzirovdan başqa hamı bizimlədi. 1-2 yeni futbolçu da gələcək.
 
– Cavid Tağıyevin aqibəti necə olacaq?
– Sual altındadı. “Sumqayıt”a keçə bilər. Toplanışa gedib-getməyəcəyi 1-2 günə bilinəcək.
 
– Yenilər arasında yerli futbolçu olmayacaq?
– İstəyərdik olsun, amma bizə lazım olanların klubları ilə müqaviləsi var.
 
– Almaq istəyib, ala bilmədiyiniz hansı oyunçular var?
– “İnter”, “Qəbələ”dən futbolçular var idi, amma müqavilələri bitməmişdi.
 
– Bəs getməyini istəmədiyiniz, amma komandadan ayrılan futbolçu oldumu?
– Kiminsə getməyinə görə təəssüflənmirəm. Ən təcrübəlimiz Elvin Məmmədov idisə, onun yerinə Rəşad Sadiqov gəlib, boşluğu dolduracaq. Ben Sanqarı Orxan Əliyev əvəzləyəcək.
 
– Yəqin ki, potensial rəqiblərinizi gözdən keçirmisiz. Özünüz üçün ən uyğun və arzuolunmaz rəqiblər siyahısında kimləri görürsüz?
– Sloveniya, İslandiya kimi ölkələrin komandaları ilə qarşılaşmaq istəməzdim. İlk dəfədi AL-də çıxış edirik. İlk turda münasib rəqib düşsə, oyunçularda özünəinam yaranması üçün böyük təkan olar. Məsələn, Luksemburq, Malta kimi ölkələrin komandalarına qarşı mübarizə aparmaq daha rahat olardı. Düzdü, onları asanlıqla keçəcəyimizi demirəm. Bu dəqiqə dünyanın ən zəif ölkəsi də futbl oynayır. Elə dünən Malta səfərdə Ukraynanı uddu. Futbolda bir az arxayın danışmaq çətindi.
 
– “Zirə”nin növbəti mövsüm üçün planları nədi? Ötən mövsüm 2-ci, bu il isə 4-cü yeri tutdunuz. Çempionuq uğrunda mübarizə aparacağınızı gözləmək olar?
– Çempionluqdan danışmaq tezdi. Çalışacağıq ki, futbolçularımız hər oyun mübarizə aparıb, məğlub olmasınlar. Avrokuboklarda yenə iştirak etmək istəyirik. Düzdü, rəqiblərimiz güclüdü: “Qəbələ”, “Qarabağ” iddialıdı, “İnter” və “Neftçi”ni də unutmaq olmaz. Həmçinin, “Sumqayıt” da transferləri ilə gələn mövsüm üçün güclü olacağını büruzə verir. Fikrimcə, gələn mövsüm rəqabət daha da çox olacaq.
 
– Amma etiraf edək ki, çempionluğun taleyini səviyyəli yerli oyunçulara sahib olmaq həll edir.
– Həmişə belə düşünmüşəm. Bəzən deyirlər ki, 6-7 yaxşı legionerlə komanda qurmaq olar. Məncə, bu, səhv fikirdi. Ona görə ki, komandanın özəyini yerli futbolçular təşkil edir. Ən çətin anlarda onu sən yerlilərdən istəyirsən, onlar edir. “Qarabağ”ın əsas üstünlüyü yerli oyunçuların neçə illərdi bir yerdə olmasıdı. Bizdə də perspektivli gənclər, təcrübəli oyunçular var. Yerli futbolçu sarıdan korluq çəkmirik. Onların faydasını da çempionatda görəcəyik. Çempionatda yaş limitinin olması da indi pis addım deyil. Bəlkə də bu limitə görə gənc futbolçular belə inkişaf edir. Amma hazırda bizim də 1996-cı il təvəllüdlü futbolçu problemimiz var.
 
– “Neftçi” ilə çempionat matçında Elxan Abdullayevin səhv edib, limiti pozduğunu nə vaxt anladınız?
– Ruslan Abışov çıxanda meydançada 7 legionerin olduğunu bildim.
 
– Son dəqiqələrdə qol buraxmaq arxayınçılığın nəticəsi idi?
– Çalışdıq ki, futbolçular bunu bilməsin. Amma digər tərəfdən bəzi əvəzetmələr elədik. Çünki bəzi futbolçularımızın sarı vərəqəsi var idi və hər an kimsə qovula bilərdi. Artıq Sezar Meza Kolliyə hakim 2 dəfə xəbərdarlıq etmişdi, Riçard Qadzeni də meydandan çıxardım. Həmin futboçuları əvəzləyəndə özləri də təəccübləndi.
 
– Abışov əvəzlənəndə limitin pozulduğunu bilsəydiniz, rəqib həmkarınıza nəsə deyərdiniz?
– Bu haqda nəsə düşünməmişəm, indi nəsə desəm, yalan danışmış olaram. “Neftçi”ni analiz edəndə onların hesabda geri düşərkən Herreranı Barqasla əvəzlədiyinə diqqət yetirmişdik. Mən də bunu gözləyirdim və hiss etdim ki, 2 hücumçuya keçəcəklər. Bunu da həmin həftə komanda ilə işləmişdik. 2 hücumçu olanda  müdafiəçilər nə edəcəklərini bilirdilər. Ruslanın dəyişildiyini görəndə təəccübləndim. Çünki Abışov düz bizim yanımızda idi. O an əvəzetmə oldu. Hər məşqçi bu cür səhv edə bilər. Kənardan baxanda çox şey asan görünür, oyunda o qədər ajiotaj olur ki, məşqçi hər an səhvə yol verə bilər.
 
– Amma nəzərə alaq ki, 500-1000 azarkeşin qarşısında oynanılan matçdan danışırıq. Qarşıda avrokubok matçları var, onda necə olacaq?
– Futbolda əvəzetmlərin əvvəlcədən hazır olmalıdı. Olur ki, yaş limitinə uyğun gələn oyunçun zədələnir. B variantın olmalıdı, daha texniki zonada fikirləşmək lazım deyil.  Əvvəlcədən fikirləşəndə daha rahat olur, bu məsələdə köməkçi məşqçilər də yardım etməlidi.
 
– Köməkçilərinizdən arxayınsız?
– Bəli, bizdə bu problem yoxdu. Hər ikisi çalışqandı.
 
– “Zirə”nin məşqçilər heyəti çox cavandı. Bu amil yaşlı oyunçularla ünsiyyətdə çətinlik yaratmır?
– 34 və ya 16 yaş – fərqi yoxdu. Əlbəttə, təcrübəli ilə elə ünsiyyət qururuq ki, gənc oyunçu da nələrisə başa düşsün. Təcrübəli futbolçulara üstünlük verirəm. Çünki onlara komandanın ab-havasını qorumaq üçün ehtiyacımız var. Elvin Məmmədov və Anar Nəzirovla hətta bir komandada da oynamışıq. İndi Rəşad da gəlib.
 
– Komandada Ayxan Abbasovun oyun stilini xatırladan futbolçu var?
– Lap elə güclü futbolçu olmamışam. Azərbaycan səviyyəsində az-çox karyera qurmağa çalışdım. 90 dəqiqə vuruşan, məğlub olmaq istəməyən futbolçular var. Bu gün Vüqar Mustafayevin xarakterini çox bəyənirəm. Düzdü, bəzi çatışmazlıqları var, amma üzərində çox işləyir.  Xaraktercə məğlub olmağı xoşlamır. Gənc futbolçulardan Adil Nağıyevin adını çəkə bilərəm.
 
– “Qarabağ”la bağıl sual veriləndə yenə əsəbləşirsiz?
– Hamı fikir bildirə bilər, amma böhtan atırlar. Deyə bilərlər ki, filan futbolçu zəif oynadı, məşqçi düz etmədi.  Amma bilərəkdən uduzmağı iddia etmək böhtandı. “Qarabağ”la sonuncu oyunumuz da bizim üçün çox vacib idi. Rəqib qalib gəlsəydi, çempionluğu daha tez təmin edəcəkdi. Amma komanda özünə inandı və xal qazandı.
 
– Bu söz-söhbətin kökündə Rəşad Sadıqovun “Zirə” rəhbərliyi ilə yaxın dost olması durur…
– Reallıqdı ki, Azərbaycan komandalarının hamısı bir-biri ilə yaxındı. Bizdə yaxınlıq varsa, o demək deyil ki, bir-birimizə oyun verəcəyik. Əksinə, öz aramızda söhbət edəndə bir-birimizlə prinsip aparırıq, arada rəqabət var. Bilirik ki, Azərbaycanda bu işi kimlər ediblər və indi haradadılar.
 
– Futbolçu olanda 36 yaşda avrokuboklara komanda çıxaracağınız ağlınıza gələrdi?
– Açığı, məşqçiliyə başlayanda belə bunu gözləmirdim. Mənə inanıb, dəstək olanlar var. Onlara təşəkkür edirəm, çalışıram ki, etimadı doğruldum. Karyeramı “Turan”da başa vurdum. Orda ciddi maddi problemlər var idi. “Qarabağ”dan sonra belə komandada oynamaq bir az çətin idi. Elə qərara gəldim ki, daha oynamayım. Hətta məşqçi olmağı belə düşünmürdüm. Amma Qurban Qurbanov dəvət etdi. Bildirdi ki, mən də gənc yaşda məşqçiliyə başlamışam, sən də başla. Məndə həvəs yaratdı. “Qarabağ” mənim üçün böyük təkan oldu. Ondan sonra müxtəlif kateqoriyalı kurslara gəldim. “Zirə”yə Adil Şükürov dəvət etdi.
 
– “Zirə”də akademiyada işləməyinizin sonradan məşqçi kimi inkişaf etməyinizə nə təsiri oldu?
– Özümü analiz edəndə, görürəm ki, oranın mənə böyük təkanı oldu. Səhv edə-edə öyrənirsən.
 
– Orada rəhbərlik etdiyiniz gənc futbolçulardan əsas komandaya kimisə götürəcəksiniz?
– Ötən mövsüm əvəzedici heyətdə idilər. Bu il 1998-ci il təvəllüdlü Camal Camalov var.
 
– Sizi “Zirə”yə Adil Şükürov dəvət etmişdi. Onu əvəz edəndə arada inciklik olmadı?
– Biz 1 mövsüm onunla bir yerdə çıxış etdik. Daha sonra qərara alındı ki, mən akademiyaya keçim. Çünki “Qəbələ” yetirmələri olan Tellur Mütəllimov və Sadiq Quliyevi bizə növbəti dəfə icarəyə vermədi. Elə oldu ki, həmin il limitə görə bizdə problem oldu. Rəhbərlik də fikirləşdi ki, niyə özümüz futbolçu yetişdirməyək? Fikirləşdim ki, bu da mənim üçün bir sınaqdı. Akademiya koordinatoru asan görünsə də, çox çətin işdi. 6 ay işlədim. Əvəzedici komandaya rəhbərlik etmək mənim üçün təcrübə oldu. Orada baş məşqçilik etməyim əsas komandadakı işimi asanlaşdırdı.  Heç bir incikliyimiz yoxdu. Hər ikimiz “Zirə”dəyik. Futbolda heç bir məşqçi sığortalanmayıb ki, sona qədər bir yerdə işləsin. Rəhbərlik belə məsləhət gördü ki, ab-hava dəyişsin. Komanda  qışa kimi 7 oyun məğlub olmuşdu.
 
– Şükürov sizə yaxşı komanda qoyub getmişdi? Çox şeyi dəyişdiz?
– Proqnını göndərib, bir neçə futbolçu transfer etdik. Komandada ab-hava yaxşı deyildi. Sanki futbolçular məğlub olmağa razılaşmışdılar. Öncə ab-havanı dəyişdik, futbolçularla ünsiyyəti yoluna qoyduq. Sistemdə də dəyişiklik etdim. Adil Şükürovun vaxtında 4-lü, mənim vaxtımda isə 5-li müdafiə oynayırıq. İlk matçdan əzmkarlığı görə bildim.  Elə ilk oyunumuzda “Kəpəz”lə 70 dəqiqəyə yaxın azlıqda oynasaq da, qol vura bildik. “Qəbələ” ilə matçda 2 dəfə hesabda geri düşsək də, xal qazandıq.
 
– Bir çox məşqçilərlə işləmisiz. Kimdən nə “oğurlamısız”?
– Vaqif Sadıqov, Əsgər Abdullayev, Naci Şensoy, Rasim Kara, sonda Qurban Qurbanovla işləmişəm. Hər məşqçinin yaxşı və pis cəhətləri var. Bütün məşqçilərdən mənə yaxşı olan cəhətləri götürüb istifadə edirəm.  O vaxt futbolçuların məşqçiləri qınadığı səhvləri etməməyə çalışıram.
 
– Gələcəkdə sizi də qınayacaqlar?
– Hamı ilə yaxşı olmaq alınmır. İndi məşqçiləri başa düşürəm. Hamı ilə dil tapmaq çətindi. Oynayan, oynamayan, komandadan getmək, bura gəlmək istəyən var. Gərək işini düz tutasan. Bəlkə də gələcəkdə məni başa düşəcəklər.
 
– Legionerlərinizin hərəsi bir ölkədəndi, fərqli mədəniyyətləri var. Onlarla necə dil tapırsız?
– Ən çətin işlərdən biri budu. Hər legioner özünə hörməti görməlidi. Hərəsinin öz mentaliteti var, onlara nəyisə məcbur etmək olmaz. Komandanın qayda-qanunu var, hamı buna əməl etməlidi.  Amma biz də onların mentalitetinə uyğun hərəkətlər edirik. Məsələn, hansısa bayramları olur, bunu normal qarşılamaq lazımdı. Bakıda darıxmırlar, hamısının normal şəraitləri var, ailələri yanındadı. Ən çox diqqət yetirdiyim məsələlərdən biri də futbolçular arasında yerli-legioner fərqinin hiss edilməmsidi.
 
– Ən çox birgə işlədiyin məşqçilər müdafiəyə daha çox diqqət yetiriblər. Özün də müdafiəçi olmusan, amma “Zirə”nin oyununda bu, hiss olunmur. Sanki hücuma daha çox üstünlük verib, rəngarəng oynamaq istəyirsiniz.
– Əsgər Abdullayevlə işləyəndə onun əlinin altında cavan futbolçular var idi. Avtomatik məcbur idi ki, müdafiə futbolu oynasın.  Bugünkü futbolda komanda həm müdafiə olunmalı, həm də hücum etməlidi. Əsas məqsəd qol vurub, top buraxmamaqdı. Bu məqsədə çatmaq lazımdı, hərənin bir baxışı var. Əsas məqsədlərdən biri budu ki, meydançada əzmkarlıq olmalıdı. Əvvəl fərdi bacarığı yüksək futbolçulara üstünlük verirdilər. 10 il əvvələ baxanda futbol çox dəyişib, həmin taktkalar artıq geridə qalıb. Futbol günü-gündən dəyişir, deyə bilmərik ki, onlar səhv edirdilər. Tələblər dəyişib, futbol artıq daha da sürətli olub.
 
– Niyə uşaq qruplarından istedadlıuşqalar az yetişir?
– Azərbaycan futbolunun ən bəlalı yeri uşaq futboludu. Hollandiyada olanda futbol akademiyalarını gəzirdik, ordakı şəraiti görəndən sonra fikirləşirdik ki, uşaqların inkişafı üçün o qədər də biliyimiz yoxdu. 1 futbolçuya 20-30 faiz kömək edirik. Amma Avropada bu rəqəm 70-80 faizdi.
 
– Bizə bunu etmək üçün nə lazımdı?
– İlk növbədə akademiyalar qurulmalıdı. Bizdə akademiyaların ancaq adı var. 10-12 yaş qrupun, 20 məşqçin, çoxlu topun varsa, bu, hələ heç nə demək deyil. Akademiya o deməkdi ki, futbolçu həm oxumalı, həm məşq etməlidi. Müəyyən yaş dövrləri var ki, ona uyğun məşqlər keçirilməlidi. Bizdə o şərait heç kimdə yoxdu. Sırf məşqçilər yetişdirmək lazımdı. PSV-də 9, 10, 11 yaş qruplarındakı məşqçilər heç vaxt dəyişmir.Ən çox məvacib də onlara verilir ki, yuxarı yaş qruplarında, əsas komandada gözü olmasın, çünki bünövrəni onlar qoyur. Bizdə isə məşqçilər əsasən çalışır ki, yuxarı yaş qruplarına qalxsın.  Klublar buna önəm verməlidi, ən yaxşı məşqçiləri ən aşağı yaş qruplarına ayırmalıdılar.
 
– Bunu “Zirə”nin akademiyasıdna qurmaq mümkündümü?
– Mümkündü, amma buna zaman, maddiyat lazımdı. 5 il mütəxəssislərin yanında həvəsli məşqçiləri yetişdirmək lazımdı. Tək məşqçi yox, həkim də, fizioterapevt də yetişməlidi. Futbola baxışımızı genişləndirməliyik. Hansı komandalara zəif gözü ilə baxırıqsa, onların şəraitini görürük, vəziyyətləri bizdən yaxşıdı. Düzdü, indi avrokuboklarda mərhələ keçir, qruplara düşürük. İndi istək də çoxdu, Almaniyanı, Şimali İrlandiyanı udmaq üçün böyük işlər görmək lazımdı.
 
– Avrokuboklardakı 4 təmsilçimizin maksimum və minumum  hədəflərini necə görürsüz? Bu mövsüm də qrup mərhələsində təmsilçimiz olacaq?
– İnanıram ki, olacaq. “Qəbələ”, “Qarabağ” və “İnter” yetərincə təcrübəlidi. Onların arasında debütant bizik. Hamı əlindən gələni edəcək. Bu, həm də maddi baxımdan klublara xeyirdi. Həmçinin futbolçuların böyük arenaları görməyi baxımından da vacibdi. Ordakı atmosferdən sonra futbolçularda inam yaranır. Biz ilk dəfə ölkədən qırağa 16 yaşlılardan ibarət milli ilə çıxırdıq. Amma hansısa xarici akademiyanı götürək: uşağın 12 yaşı var, az qala 20 turnirdə iştirak edib.
 
– Rəhbərlik sizin qarşınıza hansı vəzifə qoyub?
– Konkret vəzifə qoyulmayıb. Sadəcə, deyiblər ki, çalışmaq lazımdı. Qışda komandanı götürəndə mənə deyilməmişdi ki, avrokuboklara vəsiqə qazanarsan, sadəcə, ab-havanı düzəltmək lazım idi. Bunu edəndən sonra nəticə gəldi. Bu gün də çalışırıq ki, həmin əzmkarlığı Avropa arenasında göstərək.
 
– Deməli, avrokuboklardakı nəticələrdən asılı olmayaraq, komandanı növbəti mövsüm də Ayxan Abbasov çalışdıracaq…
– Futbolda hər şey ola bilər. İndi bütün hazırlıqlarımız təkcə AL-ə deyil, həm də növbəti ölkə çempionatınadı.
 
– Komandada yeni legioner olacaq?
– 2 əcnəbi futbolçu götürməyə çalışırıq. Biri ilə artıq danışıqlar yekunlaşmaq üzrədi. Çalışacağıq ki, arvokuboklara kimi hər ikisini heyətə cəlb edək. Hər ikisi hücumameyilli oyunçu olacaq. Bundan başqa, bir müdafiəçi axtarırıq. Legioner seçmək çox çətindi. Çempionatlar mayın sonunda başa çatıb. Bəyəndiyimiz futbolçu da dincəlmək üçün vaxt istəyir. Komanda qurmaqda ən çətin işlərdən biri seleksiyadı. Ola bilər maddi imkanların çoxdu, hansısa futbolçunu gətirərsən, amma görərsən ki, komandaya faydası yoxdu.
 
– Sanki sizin də son seçimləriniz uğurlu olmadı, bəziləri ilə tez vidalaşdınız…
– Biz onları o vaxt transfer etdik ki, 15 gün vaxtımız qalmışdı. Sanqar yaxşı futbolçu idi, sadəcə, bizi qane etməyən bəzi şeylər vardı. İlk növbədə bahalı futbolçu idi, həm də tez-tez zədələnirdi. Futbolçunu alırıqsa, istəyirik ondan tez-tez faydalanaq. Riçard Qadze özünü doğrultdu. Akrem Latifudan isə məncə, hamı danışır. Amma yenə də maddi məsələlər ön plana çıxır. İlk növbədə legioner seçəndə xarakterlərinə fikir vermək lazımdı. Çünki  gələcəkdə müəyyən problemlər yarada bilər. Amma ötən mövsüm bütün legionerlərimizdən yaxşı mənada yararlana bildik.
 
– Yeni kapitan kim olacaq?
– Əsas Anar Nəzirovu fikirləşirik. Bundan başqa, komandada 3 təcrübəli futbolçu var: Kamal Bayramov, Rəşad Sadiqov və Aleksandr Şemonayev. Amma əsas Anarı fikirləşirəm, millinin futbolçusudu, təcrübəlidi, 3 ildi klubdadı. Ümumilikdə təcrübəli futbolçulara üstünülük verəcəyik.
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm