Milli komanda
Prosineçkiyə müqavilə şərtləri: 2+1
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosine&ccedi…
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin “Bursaspor”a keçidi məsələsində bəzi detallar üzə çıxıb. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” xorvatiyalı çalışdırıcının meneceri Yaşar Çalışırla dünən növbəti dəfə görüşüb.
Danışıq zamanı “Bursaspor”un Prosineçkiyə 2+1 şərti ilə müqavilə təklif etdiyi bildirilib. Rəhbərlik millimizin “sükanı arxası”nda olan məşqçinin Superliqa klubuna hücum futbolu oynatdırmasını və 2 il ərzində çempionluq uğrunda mübarizə aparacaq komanda qurmasını istəyir.
Klub rəsmiləri Çalışıra transfer məsələləri ilə məşğul olan nümayəndə və skaut qrupunun Prosineçkinin ixtiyarında olacağını çatdırıb. Yəni danışıqlar baş tutsa, Prosineçkinin istəyəcəyi futbolçular “Bursaspor”a transfer ediləcək.
Keçid rəsmiləşsə, komandanın məşqçisi Mustafa Erin Prosineçkinin köməkçilərindən biri olacağı dəqiqdi. Digər köməkçilər isə prezidentlə 48 yaşlı mütəxəssis arasındakı görüşdə müəyyənləşəcək.
Türkiyə mediasının yazdığına görə, tərəflərin yalnız illik maaş məsələsində ortaq məxrəcə gəlməsi qalıb. Razılıq əldə olunandan sonra Prosineçkinin “ağ-yaşıllar”la rəsmi müqavilə imzalayacağı bildirilir. Apasport
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”