Ölkə futbolu
“Kəpəz”in hazırlıq planı müəyyənləşdi
Yeni mövsüm üçün “Kəpəz”in ha…
Yeni mövsüm üçün “Kəpəz”in hazırlıq planı məlum olub. Futbolinfo.az xəbər verir ki, iyulun 3-4-ü tarixlərində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 5-dən məşqlər üçün bir araya gələcəklər.
Komanda iyulun 14-nə kimi paytaxtda hazırlaşacaq. Bu müddətdə Gəncə klubu bir yoxlama oyunu keçirməyi planlaşdırıb.
Təlim-məşq toplanışının növbəti mərhələsi üçün “sarı-göylər” Türkiyəyə yollanacaq. “Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Qardaş ölkədəki toplanış dövründə komanda üç yoxlama oyunu keçirəcək. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaq.
Türkiyədən qayıtdıqdan sonra “Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…