Ölkə futbolu
"Qarabağ" ÇL-də çıxış edəcək komanda təsiri bağışlamadı"
“Ciddi oyuna hazırlaşırdıq. Rəqibin səviyyəsi bunu tələ…
“Ciddi oyuna hazırlaşırdıq. Rəqibin səviyyəsi bunu tələb ediridi. “Qarabağ” davamlı olaraq Çempionlar Liqası və Avropa Liqasında çıxış edən təcrübəli və yaxşı təşkilatlanmış komandadır. Məntiqlə onların hazırlıq səviyyəsi daha yüksək olmalı idi. Çünki bu komanda tezliklə avrokubokda matça çıxacaq”.
Futbolinfo.az xəbər verir ki, bunu Rusiyanın “Dinamo” (Moskva) komandasının baş məşqçisi Yuri Kalitvintsev Avstriyadakı yoxlama matçında “Qarabağ” üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib. 49 yaşlı ukraynalı mütəxəssis bildirib ki, “Qarabağ” iki həftə sonra Çempionlar Liqasında mübarizəyə başlayacaq komanda təsiri bağışlamayıb:
“Qarabağ”ı çoxdan izləyirəm, bu komandadan çox xoşum gəlir. Lakin rəqibə olan bütün hörmətimə rəğmən, bu oyunla iki həftədən sonra Azərbaycan klubunun, yoxsa bizim Çempionlar Liqasında çıxış edəcəyimizi söyləmək olmaz. Oyunçularımın işə yanaşması və nizam-intizamı xoşuma gəldi. Bu gün reallaşdıra bilmədiyimiz qol vəziyyətlərini bağışlayırıq, amma sabah onlar barədə danışacağıq”.
Qeyd edək ki, “Qarabağ” iyunun 11-də Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Gürcüstan çempionu “Samtredia”nı qəbul edəcək.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası