Ölkə futbolu
“Mladost”un baş məşqçisi: "Bu yol bizi uğura aparır"
Bu gün Avropa Liqasının ilk təsnifat mərhələsində “?…
Bu gün Avropa Liqasının ilk təsnifat mərhələsində “İnter”lə üz-üzə gələcək Serbiyanın “Mladost” klubunun çalışdırıcısı Nenad Milovanoviç açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı matç öncəsi fikirlərini dilə gətirib:
O, komandasının itiriləcək heç bir şeyinin olmadığını bildirib: “Biz çempionatdan avrokuboklara vəsiqəni qazananda bu yuxu kimi görünürdü. İstəyirəm ki, bu yuxu davam etsin və uğur qazanaq. Avropa Liqası çətin turnirdi. Rəqibin də təcrübəsi var və bundan istifadə etməyə çalışacaq. Hücumda və müdafiədə yaxşı oyun göstərirlər. Lakin onlara qarşı oyun intizamımızı pozmamalıyıq. İtiriləcək heç bir şeyimiz yoxdu. İlk oyun həlledici olmayacaq, amma evdə qələbə vacibdi. Bizi böyük atmosfer gözləyir. Hər kəsi komadanın yanında olmağa çağırıram və bu yol bizi uğura aparır”.
Qeyd edək ki, “Mladost” – “İnter” oyunu Bakı vaxtilə saat 22:30-da başlayacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”