Ölkə futbolu
AFFA yenidən pul dalınca qaçan məşqçiyə qucaq açdı
Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi m…
Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Bu vəzifə növbəti dəfə braziliyalı mütəxəssis Joze Alesio Da Silvaya həvalə olunub.
Azərbaycan yığmasının və “Araz”ın sabiq baş məşqçisi 3 illik fasilədən sonra millimizə dönüb. 49 yaşlı mütəxəssis 2014-cü ildə ayrıldığı posta yenidən qayıdıb.
Oyunçu kimi vətənində “Voltorantin”, “Porto Aleqre”, “Vasko de Qama”, İspaniyada “Barselona”, Rusiyada “Spartak” və “TTQ Yava” klublarında çıxış edən cənubi amerikalı məşqçilik fəaliyyətinə də şimal qonşularımızda başlayıb. Çıxış etdiyi hər iki klubda oynayan məşqçi funksiyasını yerinə yetirən Alesio 2007-08-ci illərdə Qazaxıstan “Kayrat”ına rəhbərlik edib.
2008-ci ildən Azərbaycan karyerası başlayan braziliyalı əvvəl “Araz”ın, dekabrdan həm də millinin baş məşqçisi olub. 2014-cü ilədək onun rəhbərliyi altında çıxış edən komandamız tarixində ilk dəfə Avropa çempionatının finalına yüksəlib. İlk cəhdində – AVRO-2010-da yarımfinala yüksələn komandamız daha iki dəfə Alesio ilə qitə birinciliyinə yollanıb. DÇ-2012-yə vəsiqəni isə komandamız yalnız pley-offda əldən verib.
5 mövsüm “Araz”ı UEFA kubokuna aparan Alesio 2 dəfə komandası ilə birlikdə “Dördlər finalı”nadək irəliləyib. Ölkə çempionumuz 2010 və 2014-cü illərdə Avropanın üçüncüsü olub.
Alesio 2014-cü ildə yığmamızdan qalmaqalla ayrılıb. Cənubi amerikalı karyerasını davam etdirmək üçün Qazaxıstana yollanıb. Lakin müqaviləsi olan çalışdırıcı vəzifəsini özbaşına tərk edib. Daha çox pul təklifinə görə braziliyalı bu postu “Kayrat”da köməkçi məşqçi vəzifəsinə dəyişib. Bundan narazı qalan AFFA Qazaxıstan Futbol Federasiyası və baş məşqçinin qaçdığı “Kayrat”a şikayət məktubu da göndərib. Buna baxmayaraq, məşqçi fəaliyyətini Qazaxıstanda davam etdirməyə nail olub.
Onun gedişindən sonra millimizdə öncə Tino Peres, ardınca Miltinyo çalışsa da, heç biri postunda uzun müddət qalmayıb. AVRO-2018-in seçmə mərhələsində milliyə rəhbərlik edən Biro Jade komandanı final mərhələsinə daşısa da, onun postunda qalması məqsədəuyğun sayılmayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…