Ölkə futbolu
"İnter"in rəqibi ciddi itki ilə üzləşdi
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları…
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, ölkəmizi adıçəkilən turnirdə təmsil edən "İnter" səfərdə Serbiyanın "Mladost" klubunun qonağı olacaq.
Luçani təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq. Belə ki, komandanın hücumçusu Nikola Zvrko "İnter"ə qarşı oynaya bilməyəcək.
Bu barədə məlumatı komandanın baş məşqçisi Nenad Milavanoviç oyundan bir gün öncə keçirdiyi mətbuat konfransında deyib. O, "Mladost"un heyətində 7 oyuna 1 qol vuran 22 yaşlı monteneqrolu futbolçunun zədə səbəbindən "İnter"lə oyunu buraxacağını bildirib. Baş məşqçi futbolçunun hazırda bərpa prosesi keçdiyini və cavab oyununa hazır olacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, "Mladost" – "İnter" oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?