Dünya futbolu
"Fənərbaxça"dan Dani Alveş açıqlaması
Türkiyənin "Fənərbaxça" klubu İtaliya &ccedi…
Türkiyənin "Fənərbaxça" klubu İtaliya çempionu "Yuventus"la yollarını ayıran braziliyalı müdafiəçi Dani Alveşin mümkün transferi barədə mətbuatda yayılan xəbərlərə dair açıqlama yayıb. Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi ulduz futbolçunun transferində maraqlı olmadığını bəyan edib:
"Bu gün bəzi qəzetlərdə klubumuzun Dani Alveşlə maraqlandığına dair dərc edilmiş xəbərlər yalandı. Bəhs olunan futbolçu ilə klubumuzun hansısa bir təması yoxdu. Bu cür əsassız xəbərlərə inanmamağınızı tövsiyə edirik".
Qeyd edək ki, Alveşin “Fənərbaxça”ya keçəcəyinə dair xəbərləri İtaliya və Türkiyə mətbuatları yayıb. İtaliya mətbuatı hətta İstanbul klubunun braziliyalı müdafiəçiylə 1+1 şərtiylə anlaşdığını da yazmışdı.