Ölkə futbolu
"İnter" – "Mladost" matçının biletləri satışa çıxarılır
Avropa Liqasınn 1-ci təsnifat mərhələsi çərçivəsi…
Avropa Liqasınn 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 6-da “İnter” öz meydanında “Mladost”u qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gündən artıq serblərlə görüşün biletləri satışa çıxarılacaq.
Biletlər “İnter Arena” və “Dalğa Arena”da satılacaq. Qiymətlər isə bütün sektorlar üzrə 2 AZN olacaq.
Qeyd edək ki, sözügedən matç iyulun 6-da, saat 21:00-da “Dalğa Arena”da start götürəcək.