Dünya futbolu
Luis Qustavo Marselə üz tutdu
Almaniyanın "Volfsburq" klubunun yarımmüdafiəç…
Almaniyanın "Volfsburq" klubunun yarımmüdafiəçisi Luis Qustavo yeni mövsümdən karyerasını Fransa çempionatında davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, o, Marsel "Olimpik"inin təklifini müsbət qəbul edib.
Bu barədə Fransa Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin transferin müddəti və detalları açıqlanmır.
Fransa mətbuatının iddiasına görə isə, "Olimpik" futbolçunun sabiq klubuna 8 milyon avro transfer haqqı ödəyib.
2011-ci ildən Braziliya yığmasına dəvət olunan futbolçu "Korintians"ın yetirməsidi. 30 yaşlı futbolçu ölkəsində "Reqatas"da da icarə əsasında oynayıb. 2007-ci ildən Almaniyanın "Hoffenhaym" klubuna transfer olunan futbolçu 2011-ci ildə "Bavariya"ya üz tutub. Qustavo "Volfsburq"da 2013-cü ildən çıxış edirdi.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı