Ölkə futbolu
Jezniçak: "Əsas odu ki, zədəm ciddi deyil"
Dünən UEFA Çempionlar Liqasının 3-cü təsnifat mə…
Dünən UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şerif”lə keçirilən görüşdə (0:0) zədələnən ağdamlıların müdafiəçisi Yakub Jezçinak növbət matçda iştirak edə bilər. Futbolinfo.az xəbər verir ki, müdafiəçinin zədəsi elə də ciddi deyil.
Bu haqda məlumatı polşalı arxa xətt oyunçusu öz “Facebook” səhifəsində yazıb: “Hesab 0:0 oldu. Önəmli odu ki, qol buraxmadıq. Mən istəməzdim ki, oyunu erkən tərk edim. Sadəcə, qapıçı ilə toqquşmadan sonra zədə aldım. Belə hallar baş verir. Əsas odu ki, zədəm ciddi deyil. İndi biz cavab oyunu barədə düşünürük. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdi və özümüzə inanırıq”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 1-də Tiraspolda keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub