Dünya futbolu
Uruqvay millisinin üzvü rəsmən “İnter”də
Milan “İnter”i heyətini yeni futbolçuyla güc…
Milan “İnter”i heyətini yeni futbolçuyla gücləndirib. Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi “Fiorentina”nın yarımmüdafiəçisi Matias Vesinonu transfer edib.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 25 yaşlı mərkəz yarımmüdafiəçisi 4 illik müqaviləyə imza atıb. Amma müqavilənin maliyyə şərtləri barədə heç bir məlumat verilməyib.
Uruqvaylı futbolçu "Fiorentina"da 2013-cü ildən çıxış edirdi. Lakin o, bu illərdə icarə əsasında "Kalyari" və "Empoli"də də forma geyinib. Uruqvay millisinin üzvü son mövsümdə şans qazandığı 40 oyunda 4 qola imza atıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq