Ölkə futbolu
Müşahidə Şurası Samir Abasovla bağlı qərarını açıqladı
Bu gün "Sumqayıt"ın Müşahidə Şurasının n&ou…
Bu gün "Sumqayıt"ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, görüşdə müxtəlif mövzulara toxunulub, bəzi vacib məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Toplantıda ötən mövsümün nəticələri müzakirə edilib, əsas, əvəzedici komandanın yeni – 2017/18 futbol mövsümünə hazırlıq mərhələləri dəyərləndirilib, akademiyadakı ümumi iş və yeniliklər barəsində məlumat verilməklə yanaşı, Müşahidə Şurası tərəfindən bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.
Bundan başqa, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov da iclasda iştirak edib. Çalışdırıcının ötən mövsüm üçün hesabatı dinlənilib. Müşahidə Şurası baş məşqçi və onun köməkçiləri ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı qərar verib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”